İsveçrə superliqasında "Qrasshopper" "Sankt-Qallen"i məğlub edib - 3:2.
Football-plus.az xəbər verir ki, əsas heyətdə meydana çıxan Renat Dadaşov 45+2-ci dəqiqədə qol ötürməsi verib. Azərbaycanlı forvard görüşlə bağlı fikirlərini şəxsi "instaqram" hesabında izləyiciləri ilə bölüşüb: "Növbəti 3 xal. Necə əla komandayıq. Belə davam etməliyik".
İLKİN SULTANLI