• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aralıq dənizi, “Müqəddəs Lazarus” və tarix yazmaq istəyən “Neftçi”... - YAZI

Manşet / Yazarlar

21-07-2022, 18:0

Bakı, 20 iyul, səhər saat 7, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.

Ölkə xaricinə yollanıram. Səfərim Cənubi Kiprədi. İndi çoxunuz fikirlərsiz ki, yay aylarında bu ölkədə istirahət əla olardı. Amma elə deyil. Yox, söhbət istirahətdən getmir. Cənubi Kiprə yollanmağımın səbəbkarı “Neftçi”di. Flaqman bu gün Larnakada “Aris”lə qarşılaşacaq. Həmişəki kimi “Neftçi”nin dəvəti ilə “Futbol+” əməkdaşı olaraq görüşü yerindən izləmək şansına sahib olmaq gözəl hissdi. Bir az da həyəcanlıyam. Çünki ötən mövsüm bu klubla sonuncu səfərim Aralıq dənizi sahillərində yerləşən Hayfaya olmuşdu. İndi yenə “Neftçi” ilə bu dənizin sahilində yerləşən başqa bir şəhərə - Larnakaya yollanıram. Düzdü, Hayfada qanım qaralmışdı. Amma indi hər şey fərqlidi. Regekampf “ağ-qaralar”a yeni təyin olunsa da, komanda daxilində pozitiv əhval-ruhiyyə formalaşdırdığı görünür. Futbolçular öz aralarında söhbət edir, oyun haqda danışırdılar. Yalnız bir nəfər qaynıyıb-qarışmırdı. Söhbət komandanın yeni transferi Yeqor Boqomolskidən gedir. Belaruslu forvard sakitcə dayanıb, başverənləri izləyirdi.

Saat 09.15-də təyyarə yerindən tərpəndi. Səmadan Bakı daha gözəl görünür. Amma indi paytaxtla sağollaşmaq zamanı idi. Bizi Cənubi Kiprin ən böyük şəhərinə səfər gözləyirdi. Larnaka hava limanı Aralıq dənizi sahilində yerləşir. Təyyarə eniş edəndə çimərliklərdə dincələn adamları rahat görmək olurdu. Hava limanı ilə məskunlaşdığımız “Mikes Kanarium” oteli arasında piyada 25 dəqiqəlik yoldu. Lakin bizi qalacağımız yerə aparan avtobusun sürücüsünün xamlığı üzündən bu yolu 40 dəqiqəyə qət etdik.

“Neftçi” rəhbərliyinin qəribə xüsusiyyəti var. Heç vaxt jurnalistlərlə futbolçuları eyni oteldə məskunlaşdırmırlar. Bu bir tərəfdən yaxşıdı. Vacib görüş ərəfəsində futbolçuları narahat edən kimsə olmur. Klub rəhbərliyi və futbolçular “Radisson Blu”, jurnalistlər isə yuxarıda qeyd etdiyim “Mikes Kanarium” otelində məskunlaşmışdı. Nahardan sonra məşqin başlamasına təxminən 4 saat var idi. Bu isə şəhər haqda informasiya yığmaq üçün olduqca çox idi.



Həmkarlarım - “CBC Sport”un şərhçisi Ramil Cahangirov və “Qafqazinfo.az”ın muxbiri Elsəvər Məmmədovla birgə Larnakanı kəşf etməyə çıxdıq.
Əvvəlcə oteldən 10 dəqiqəlik məsafədə yerləşən “Finikouzes” çimərliyinə yollandıq. Yolüstü “Müqəddəs Lazarus” kilsəsinə də baş çəkdik. Məqsəd çimərliyə getmək idi axı. Bunun üçün yola davam etdik və 5 dəqiqədən sonra istədiyimiz yerə çatdıq. İlahi, insan belə rahat şəkildə dənizə gedə bilər?! Təsəvvür edin, şəhərin mərkəzində gəzirsən və ürəyin sıxılır, çimərliyə daxil olursan. Kimsə səndən hara getdiyini soruşmur, dənizdən istifadə üçün pul istəmir, səs-küy yoxdu, sudan iyi gəlmir, ortalıqda qarğıdalı, peraşki satanlar yoxdu. Adamlar dənizdən zövq alırlar...



1-2 saat günəşləndikdən sonra yollandıq Larnaka qalasına. Bura giriş pullu idi. Amma jurnalistlər üçün havayı. Yenə dadımıza həmişə olduğu kimi PFL-in akkreditasiyası çatdı. Nəzarətçi hardan olduğumuzu soruşdu, cavabımızı eşitsə də, tanımadı. Bakıdan gəldiyimizi biləndən sonra bizə xoş istirahət arzuladı. Larnaka qalası o qədər də böyük ərazidə yerləşmir. Tipik özünümüdafiə üçün salınmış məkandı. Dəniz mənzərəsi və osmanlı, ingilis topları, ərəbcə, yunanca yazılı divarları qalaya xüsusi gözəllik verirdi. Osmanlıların Kiprə təsiri elə bu məkandan hiss olunurdu. Qalada 4-cü otaq məhz Türkiyə türklərinin atalarının adı ilə bağlı idi. Elə qalanın arxasındakı küçə də bizim İçərişəhərə oxşayırdı. Adı isə bütün türk dünyasının xəyalı olan “Turan” idi. Ərazidə bir qədər gəzişdikdən sonra qayıtdıq otelə ki, gedək stadiona. Konfransın və məşqin vaxtı idi.



Otellə “AEK Arena” arasında təqribən 15 dəqiqəlik məsafə var. Oyuna 1 gün qalsa da, stadionun ətrafında tükürpədici səssizlik və qəribə qoxu var idi. Klubun əməkdaşları ilə də maraqlandıq. Heç larnakalılar da matça maraq göstərmirlər. Oyuna cəmi 1000 bilet satılıb. Ən ucuz biletin qiyməti də ki, 15 avro. Oyuna kimi stadionun dolacağı inandırıcı deyil.

Bir sözlə, bu gün “Neftçi” “Aris”lə qarşılaşacaq. Flaqman ötən mövsüm Aralıq dənizinin sahilində yerləşən şəhərin təmsilçisinə uduzmaqla avrokuboklarla vidalaşdı. Bu dəfə isə başlanğıc nöqtəsi eyni su hövzəsinin sahilində yerləşən fərqli şəhərdi. Ümid edək ki, 10 il öncə Cənubi Kiprdə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanan flaqman yenə bu ölkədə yeni tarixin başlağıcını yazacaq...

İLKİN SULTANLI, Bakı-Larnaka

Paylaş:
Digər xəbərlər

Manşet / Avrokuboklar

16-06-2022, 15:0

"Neftçi"yə rəqib olmaq "Aris"in prezidentini həyacanlandırıb - AÇIQLAMA

Konfrans Liqası

13-07-2022, 14:0

"Neftçi” ilə ilk duelə tam hazırıq" - "Aris"in yeni transferi

Premyer-liqa / Günün xəbəri

30-06-2022, 21:0

Regekampf “Neftçi”nin 2 futbolçusundan imtina etdi

Konfrans Liqası

7-07-2022, 23:0

"Aris" adasını məğlub etdi

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • 24-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 24-06-2026, 22:0
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 236
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə