"Aris" adasını məğlub etdi

7.07.2022 23:33 481
Konfrans Liqası
“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” (Limassol) yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Football-plus.az xəbər verir ki, Cənubi Kipr klubu Yunanıstan superliqasında mübarizə aparan adaşı “Aris”lə üz-üzə gəlib.

“Neftçi”nin rəqibi 77-ci dəqiqədə Daniel Sikorskinin vurduğu qol sayəsində meydanı 1:0 hesablı qələbə ilə tərk edib. Yunanıstan “Aris”i 44-cü dəqiqədə azlıqda qalıbsa, Cənubi Kipr “Aris”ində də 83-cü dəqiqədə bir futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

“Neftçi”nin Limassol klubu ilə ilk oyunu iyulun 21-də Cənubi Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.