• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kontenin məşqi - "cəhənnəm əzabı" - YAZI

Manşet / Yazarlar

15-07-2022, 17:0

Təkcə Azərbaycan yox, Avropanın başqa ölkələrinin klubları üçün də da mövsümöncəsi toplanışının qızğın çağıdı.

İyulun 10-da Cənubi Koreyaya təşrif buyuran “Tottenhem”i Seul hava limanında komandanın əsas fanatı və ulduzlarından biri Son Hın Min qarşılayıb. İlk yoldaşlıq oyununu dünən keçirən “mahmızlar”ın bazar ertəsi məşqində çox maraqlı hadisə baş verib. Hansı hadisə? İndi biləcəksiz...

Londonluların açıq məşqini 6 min azarkeş izləyib. Seula bazar günü çatan komanda bazar ertəsi axşam saatlarında artıq 3-cü (!) məşqə çıxıb. Özü də ən amansız məşqə! Baş məşqçi Antonio Konte ikisaatlıq məşqin ardından futbolçuları bütün meydan boyunca 42 (!) dəfə qaçmağa məcbur edib. Nəzarətçi rolunu isə baş məşqçinin sərt yardımçısı, əbəs yerə “dəniz piyadası” adlandırılmayan Can Pyero Vetrone oynayıb.

Harri Keyn ilə Son üçün qaçış sayı 30-a endirilmişdi ki, bu da təsadüfi deyildi. Axı komandanın əsas ulduzları tətildən sonra ilk məşqə çıxırdı. Ancaq bu da onlara yardım etmədi. Ürəyi bulanan Harri hamıdan əvvəl qazona yıxıldı. Hücumçunu soyuq məhrəba ilə özünə gətirdilər. Dözümlü Son belə bu cür yükləmənin öhdəsindən gələ bilmədi. Suyu sıxılmış limona bənzəyən koreyalı özündən getdi. Onun da köməyinə komanda yoldaşları çatdı. Təbii ki, bunda Seuldakı isti havanın rolu böyükdü. Məşq zamanı havanın hərarəti 30 dərəcəyə çatmışdı. Ancaq Kontenin artıq dillərdə dastan olan ağır məşqlərini də gözardı etməyək. Özünə gələn koreyalı meydanı təbəssümlə və azarkeşlərin alqışları altında tərk etdi. İtaliyalı mütəxəssis əsas ulduzlarına daha artıq dərəcədə güzəşt edə bilərdi. Ancaq etmədi və dərhal onları məşq prosesinin isti sobasına atdı.

20 yaşlı hücumçu Troy Perrott məşqdə özünü hamıdan yaxşı hiss etdi. İrlandiyalı gənc sonuncu dövrədə “partladı” və finişə hamıdan tez çatdı:

“Yetərincə yaxşı atletəm, ancaq çox ağır idi. Ağır iş olsa da, hazırlıqdı, nə edə bilərəm”.


Konte deyir ki, onun oyunçuları otu yeməli, qan-tər axıtmalıdı


Antonio Kontenin məşq prosesinin ağırlığı ilə bağlı yazılar çoxdu. Onları qısaca belə ümumiləşdirmək olar:

“Kontenin məşq sistemi müasir futbolda ən qəddar sistemdi. O, bu gün də komandanı gündə iki məşqə çıxaran nadir məşqçilərdən biridi. Hətta mövsümün ortasında da belə edir. Ancaq bu da ən qorxulu məqam deyil. Antonionun məşqləri həmişə uzun çəkir və intensiv olur; o yalnız dərsin sonunda – orqanizm üzərindəki bir neçə saatlıq alçaltmadan sonra topu ortaya atan qəzəbli bədən tərbiyəsi müəllimlərini xatırladır”.


Konte özü deyir ki, onun futbolçuları otu yeməli, meydanda qan-tər axıtmalıdı. Hələ 2016-cı ildə ESPN-dən olan həmkarlarımız italiyalının isinmə hərəkətlərinin detallarını belə anlatmışdı:

•‎ 100 metri 20 saniyəyə qaçmaq, 20 saniyə dincəlmək və təkrar. Təmrinin uzunluq müddəti – 7 dəqiqə;
•‎ 75 metri 15 saniyəyə qaçmaq, 15 saniyə dincəlmək və təkrar. Yenə də 7 dəqiqə ərzində;
•‎ 50 metri 10 saniyəyə qaçmaq, 10 saniyə dincəlmək və təkrar. Buna da 7 dəqiqə ayrılır;
Yekun: 21 dəqiqə ərzində 3 kilometri 45 cəhddə qət etmək. Bütün məşq prosesi isə 2 saat sürəcək.

“Məşqin sonunda meyitsən. Yorulmamısan, məhz meyitsən”
İndiyə qədər Kontenin rəhbərliyi altında çalışmış futbolçuların ortaq fikri belədi ki, italiyalı cəhənnəm yükləmələrinin təşkilində qeyri-adi dərəcədə yaxşıdı.
•‎ Deyan Kulusevski “Tottenhem”ə qoşulandan dərhal sonra demişdi ki, əziyyət çəkməyə hazırdı: “Əzab-əziyyəti xoşlayıram – bunu hələ uşaqkən mənimsəmişəm. İnadkarcasına işləmək mənə ləzzət edir. “Tottenhem”də də oxşar şey görmüşəm. Hətta oyundan sonra da ağlasığmaz məşq olur. İngiltərədəki məşqlər İtaliyadakından fərqlənir – bizim güclü olmağımız üçün hər şey daha intensiv şəkildə həyata keçirilir”.
•‎ Corco Kyellini də Kontenin ağlasığmaz ehtirasını yetərincə parlaq şəkildə təsvir edir: “Konte yalnız oyun vaxtı belə deyil. Bütün gün ərzində, istənilən məşqdə eyni münasibəti göstərir. Məşqin sonunda sən artıq meyitsən. Yorulmamısan, məhz meyitsən. Və yalnız onun metodlarına inandığına görə buna razılaşırsan. Onun məşqində 100 faiz hazırsan. Elə atmosfer yaradır ki, hər kəs enerjisini başasına verir. Əlbəttə, Konte ən yaxşılardan biridi”.
•‎ Romelu Lukaku “İnter”ə ilk gəlişində belə demişdi:

“Hamı deyir ki, guya ən sərt “fizika” İngiltərədə verilir, ancaq belə deyil. İtaliyada olduğu qədər başqa heç yerdə məşqdə əziyyət çəkməmişəm. İki həftədən sonra agentimə şikayət etdim. Məşqlər vaxtı gizlicə komanda yoldaşlarına göz qoyurdum, ancaq başqa heç kim ağlayıb-sızlamırdı. Hamı öhdəsindən gəlirdi. Məşqçilər mənə gülürdülər. Ancaq Konte həmişə yanındadı, həmişə maksimumu tələb edir. O, sizə enerji verir, bu üzdən heç kim təslim olmur”.


...Yaxşı ki Son Hın Min hava limanında komanda yoldaşlarına qonaqpərvərlik göstərdi. Yoxsa Koreya torpağı “Tottenhem”in oyunçularının yadında yalnız Kontenin əziyyətli məşqçi ilə qalacaqdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2022, 00:0

Keyn qərarını rəhbərliyə bildirdi

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • 24-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 24-06-2026, 22:0
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 244
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə