Söylənilənlərə inansaq, Popoviç “kimyaçılar”la ilyarımlıq müqavilə bağlayacaq. Qolkiper artıq Türkiyədə təlim-məşq toplanışında olan “LNZ Çerkassı”dan ayrılaraq Sumqayıta gəlib. Mənbəmizin sözlərinə görə, “gənclik şəhəri” təmsilçisinin rəhbərliyi FİFA-nın Ukraynada çıxış edən futbolçulara transferlə bağlı güzəştindən yararlanaraq “çərçivə qoruyucusu”nu “rənglərinə bağlamağı” düşünür.
“Kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədov “Football-plus.az” saytına açıqlamasında Popoviçin keçidi ilə bağlı bunları dedi:
“Andrey Popoviç maraq dairəmizdə olan futbolçudu. Onunla müqavilə bağlanacağı halda ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, 30 yaşlı qapıçı ölkəmizlə yanaşı, Türkiyədə “Tavşanlı Linyitspor”, Ukraynada “LNZ Çerkassı”dan başqa “Polyana” və “Minay”ın da uğurları üçün çalışıb.
RƏŞAD
