• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

Ölkə futbolu

4-07-2022, 19:0

“Səbail”in yarımmüdafiəçisi Ağabala Ramazanov klubun rəsmi saytına müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı futbolçu yenidən “dənizçilər”in sırasına qoşulmasından danışıb.

– 2 ildən sonra yenidən “Səbail” ailəsindəsən. İlk öncə bununla bağlı təəssüratlarını öyrənmək istərdik. Burada olmadığın müddətdə nələr dəyişib?

– “Səbail”lə bağlı hər zaman müsbət fikirdə olmuşam. Çünki burada çox gözəl günlər yaşamışam. Karyeramın ən yaxşı dönəmlərindən biri idi. Bu komanda ilə məzmunlu oyunlarımız olub. Burada yaxşı qollar vurmuşam. İndi də komandam üçün əlimdən gələnin ən yaxşısını ortaya qoymaq üçün səbirsizlənirəm.

– Azərbaycan futbolunda emosionallığı ilə fərqlənən nadir futbolçulardansan. Burada ilk gəlişində də komanda yoldaşın və ya qol vura bilməyəndə çox əsəbi olduğun hiss edilirdi. Qol olanda isə ən böyük sevinci məhz sən göstərirdin. Bu emosianallıq nədən qaynaqlanır?

– Ümumiyyətlə uduzmağı bacarmayan biriyəm. Uşaqlığımdan bəri hər zaman çalışmışam ki, hansısa bir turnirdə müvafiq cədvəl varsa, mən ilk pillələrdə olum. Oyunda qalibiyyət varsa, onu qazanmaq üçün bütün gücümü ortaya qoyacağam. Özümdən çox hansı komanda yoldaşım daha yaxşı vəziyyətdədirsə onun qol vurmasını daha çox istəmişəm. Qol olanda sevinmişəm, olmayanda da bir anlıq əsəbləşmişəm. Çalışıram ki, komandam üçün ən yaxşısı nədirsə onu edim. Çılğınlıq bundan qaynaqlanır.

– “Səbail” tarixində ən çox qol vuran futbolçusan. Bu rekordu qorumaq üçün qarşına hədəflər qoymusan?

– Əlbəəttə bunun üçün çalışacağam. 14 qol elə də çox deyil. Çalışacağam ki, rəqəm daha da artsın. 2 illik müqavilə imzalamışam. Bu müddətdə də ən yaxşısını etmək niyyətindəyəm. Lider olaraq qalmaq istəyirəm.

– Komanda yenidən qurulur. Komandadakı ab-hava səni qane edir?

– Bəli, komandamızda yeni simalar var. Hazırda ab-hava çox yüksək səviyyədədir. “Səbail” ailəsinə yeni qoşulan legionerlər də tez bir zamanda komandaya uyğunlaşıblar. Biz təcrübəli futbolçuların üzərinə düşən vəzifə həm gənclərə, həm də legionerlərimizə xoş münasibət göstərib, komandamızın uğurları üçün çalışmağı öyrətməkdir. Bu futbolçularla ünsiyyətimizin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Hamımız bir yumruq olub komandamızın uğurları üçün vuruşacağıq.

– Hücum xətti sənin üzərində qurulur deyə bilərik. Ətrafında hansı gənc futbolçuları vurğulaya bilərsən?

– Perspektivli gənclərimiz var. Onlarla birlikdə uğur qazanmaq üçün çalışacağıq.

– Rahid və sənin “Səbail”lə bağladığın müqavilərin hər biri eyni zamana təsadüf edib. Səncə, bu təsadüfdür? Unutmayaq ki, ikinizin meydandakı işbirliyi də hər zaman uğurlu alınıb.

– Rahidlə həm meydanda, həm də meydandankənar dostluq münasibətimiz var. İlk dəfə 10 il öncə birlikdə “Xəzər Lənkəran”da çıxış etmişik. Bir-birimizi uzun müddətdir tanıyırıq. Futbol başqadır, bizim dostluğumuz isə bir başqadır. Müqavilə məsələsi isə tamamilə təsadüfdür.

– Azarkeşlərimiz səni yenidən “Səbail” formasında görəcəkləri üçün sevinirlər, həm də buna görə səbirsizlənirlər. “Dənizçilər”in sənə olan gözləntiləri böyükdür. Təbii ki, bu üzərindəki məsuliyyəti daha da artırır. Tərəfdarlarımıza nə demək istəyirsən?

– Azarkeşlərimiz məndən çox şey gözləyir. Mən də onları sevindirmək üçün əvvəlkindən də çox çalışacağam. Müqavilə bağladım andan üzərimə düşən yükü yaxşı başa düşürəm. Onlar həm məndən, həm də komandadan daha çox qollar tələb edir. Məndən gözləntiləri isə böyükdür. Buraya gəldiyim gündən etibarən bu məsuliyyəti üzərimdə hiss edirəm. Onlar üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Buna əmin olun!

Paylaş:
Digər xəbərlər

Müsahibə

28-06-2022, 20:0

Rahid Əmirquliyev: "Futbolu sevdiyimə görə oynayıram" - MÜSAHİBƏ

Premyer-liqa

28-06-2022, 15:0

"Səbail"də olduğum üçün xoşbəxtəm" - Yeni transfer

Premyer-liqa

8-05-2022, 20:0

"Bu gün sonluqlar yaxşı deyildi" - Murad Musayev

Aktual
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
Son xəbərlər
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
Daha çox
Oxunub: 293
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 246
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə