"Səbail"də olduğum üçün xoşbəxtəm" - Yeni transfer

28.06.2022 15:27 362
Premyer-liqa
Xəbər verdiyimiz kimi, "Səbail" son olaraq mərkəz müdafiəçisi Qustavo Moreno de Françanı transfer etdi.

"Football-plus.az" xəbər verir ki, braziliyalı futbolçu komandaya gəlişi barədə klubun rəsmi saytına açıqlama verib:

"Özümü əla hiss edirəm. Komandada hər kəs məni çox səmimi qarşıladı və bu mənim üçün xoş sürpriz oldu. Ötən gün isə burada ilk məşqimə çıxdım. Komandada abu-hava çox yüksək idi. "Səbail"də olduğum üçün xoşbəxtəm".