Şotlandiya millisinin sabiq qapıçısı Endi Qorem vəfat edib.
O, 58 yaşında qida borusu xərçəngindən dünyasını dəyişib. Qorem 1981-ci ildən 2004-cü ilə qədər davam edən peşəkar karyerası ərzində “Oldhem”, “Hibernian”, “Reyncers”, “Notts Kaunti”, “Şeffild Yunayted”, “Motervell”, “Mançester Yunayted”, “Hemilton”, “Koventri”, “Kuinn of ze Saut” və “Elqin Siti”də çıxış edib.
260 oyun keçirdiyi “Reyncers” ilə 5 dəfə Şotlandiya çempionluğunu qazanıb. Onun 1985-98-ci illərdə milli komandanın qapısını 43 oyunda qoruduğunu da xatırladaq.