Migel van Damm 5 ildən artıq müddətdə ağır xəstəliklə mübarizə aparsa da, sonda məğlub olub...
Belçikalı futbolçu 28 yaşında dünyasını dəyişib. “Serkl Brügge”nin artıq mərhum qapıçısı leykemiyadan vəfat edib. Onda qan xərçəngi diaqnozu 2016-cı ildə qoyulmuşdu. Migel 2019-cu ilin əvvəlində sağalmış və məşqlərə qayıtmışdı. Lakin həmin ilin yayında onda bu xəstəlik yenidən aşkarlanmışdı.
Bəxtsiz futbolçu “Serkl Brügge”nin yetirməsi idi. Klubun əsas komandasına 2014-cü ildə cəlb olunmuşdu. Bu komandada 44 oyun keçirən Migel 60 qol buraxıb, 12 matçda qapısını toxunulmaz saxlayıb.