Dani Olmo yay tətili zamanı arzuolunmaz vəziyyətə düşüb.
“Leyptsiq”in ispaniyalı yarımmüdafiəçisi vətənində istirahət edir. O, Valensiyada olarkən oğurluğa məruz qalıb. “Las Provincias” nəşrinin yaydığı xəbərdə Daninin 30 min avro dəyərində saatının oğurlandığı bildirilir.