Bugünlərdə yaşıl meydanı tərk edən Bruno Alveşin işsiz günləri çox da çəkməyib.
"Football-plus.az" xəbər verir ki, o, sabiq klublarından birində çalışacaq.
Karyerasını 40 yaşında başa vuran sabiq müdafiəçi AEK-in idman direktoru təyin edilib. Bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb. Yeri gəlmişkən, Portuqaliya yığmasının sabiq oyunçusunun sonuncu iş yeri Yunanıstanın “Apollon Smirnis” klubu olub. Alveşin daha əvvəl “Portu”, “Farense”, “Gimaraynş”, AEK, “Zenit”, “Fənərbaxça”, “Kalyari”, “Reyncers”, “Parma” və “Famalikan”da oynadığını, Portuqaliya yığmasında 96 oyuna 11 qol vurduğunu da xatırladaq.