Prosineçki özünə iş tapdı

23.03.2022 14:45 1 056
Dünya futbolu
Robert Prosineçki ikiillik işsizliyə son qoyub.

Xorvatiyalı mütəxəssis bundan sonra Sloveniyada işləyəcək. Milli komandamızın sabiq çalışdırıcısı “Olimpiya” ilə 1,5 illik müqavilə imzalayıb. Bu barədə Lyublyana klubunun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Prosineçki Azərbaycan yığmasını 2014-17-ci illərdə çalışdırıb. 53 yaşlı məşqçinin sonuncu iş yeri 2020-ci ildə başçılıq etdiyi Türkiyənin “Dənizlispor” klubu olub.