• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan”ın sabit və dayanıqlı inkişaf modeli - YAZI

Ölkə futbolu / Manşet

5-06-2022, 11:0

İndiyə kimi Naxçıvana futbolla bağlı üç səfərim olmuşdu ki, onlardan birincisi 2013-cü ildə “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən Superkubok qarşılaşması idi.

İkinci yolçuluğum 2017-nin mayına təsadüf edib. Həmin vaxt ölkə kubokunun finalında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Və nəhayət, Muxtar Respublikaya sonuncu gedişim 2019-cu ildə olub. Yenə ölkə kubokunun finalı, bu dəfə “Qəbələ” – “Sumqayıt” oyunu...

Bu dəfə ölkənin əsas hissəsindən ayrı düşən bölgəyə səfərim Naxçıvanın öz təmsilçisi “Araz-Naxçıvan”ın 55 illiyi ilə bağlı idi. Tədbir iyunun 1-nə təsadüf etdiyindən təşkilatçılar uşaqları yaddan çıxarmamış, onlar üçün “Bir uşaq, bir top” festivalı keçirməyi də lazım bilmişdilər. Tədbir və festival barədə ötən sayımızda ətraflı məlumat verdiyimdən bu dəfə sırf futbola, daha dəqiq desəm, Muxtar Respublikanın bu idman növü ilə bağlı siyasətinə toxunmaq istəyirəm.

Görülən işlər və gələcəklə bağlı planlar


Geridə qalan mövsümü Naxçıvan futbolunun dirçəliş ili kimi qəbul etmək olar. Düzdü, hələ 2018-ci ildə Əsgər Abdullayev Mustar Respublikanın Futbol Federasiyasının dəvəti ilə “Araz-Naxçıvan”ın “sükanı arxasına” keçəndə, futbol ictimaiyyətində “qırmızılar” yenidən elitaya dönmək istəyir” kimi fikirlər dolaşmağa başladı. Ancaq araya düşən pandemiya, 2020-ci ilin sentyabrında başlayıb 44 gün çəkən Vətən müharibəsi bu prosesi bir qədər ləngitdi. Vətən müharibəsində əldə olunan qələbə, Zəngəzur dəhlizinin açılmasının gündəmə gəlməsi Muxtar Respublika futbolunun ölkənin böyük futbol ailəsinə inteqrasiyasına da bir təkan oldu. Hər nə qədər “idmanın siyasətə aidiyyatı yoxdu” deyilsə də, son vaxtlar dünyada baş verən proseslər bir daha göstərir ki, bu deyim artıq aktuallığını itirib. Bir çox hallarda diplomatiyanın bacarmadığını idman bacarır, diplomatlar açıq mətnlə deyə bilmədiklərini idmanın, xüsusilə də futbolun dili ilə dünya ictimaiyyətinin diqqətinə çatdırır. “Qarabağ”ın sayəsində biz bunu görtmüşük, öz təcrübəmizdə yaşamışıq.
“Araz-Naxçıvan”ın ölkənin futbol elitasına dönüşünün təməli “Uzunoba təlim-məşq bazası”nın təməli qoyulan vaxt başlayıb. Naxçıvanda olduğum iki gündə iki dəfə - gecə və ertəsi gün günorta saatlarında adını qeyd etdiyim bazaya yolum düşdü. Mənimlə yanaşı, Bakıdan gedən bir qrup idman yazarının da bazanı görmək imkanı oldu. Baza süni yaradılmış gölün ətrafında yerləşir və müasir standartlara uyğun tikilib. Süni örtüklü oyun meydanı ilə yanaşı, iki mini-futbol sahəsi və çimərlik futbolu üçün meydan da bazanın ərazisində yerləşir. Ancaq hazırda “Araz-Naxçıvan”ın baş məşqçisi olan Azər Bağırov bizimlə söhbətdə bildirdi ki, “Uzunoba” gölünün ətrafında inşa olunan baza daha çox akademiya üçün nəzərdə tutulub. Yəni gələcəkdə “Araz-Naxçıvan”ın aşağı yaş qrupları məhz bu təsislərdə gündəlik məşqlərini keçəcəklər. Əsas komanda isə yalnız “fors-major” hallarda bazanın xidmətindən yararlana bilər.


Aşağı yaş qrupları üçün nəzərdə tutulan “Uzunoba”nı, ordakı şəraiti, bazaya olan xidməti gördükdə bir daha əmin oldum ki, Naxçıvanda futbolun gələcəyi üçün yatırım edilib və bu uzun yolun başlanğıcıdı. Təbii ki, 2013-cü ildə yaşananlar bir daha təkrarlanmasa. “Araz-Naxçıvan”ın növbəti mövsümdən birinci divizionda iştirakı Muxtar Respublikada yaxşı mənada silkələnməyə səbəb olub. Bağırovun sözlərinə qüvvət, şəhərdə hər addımda bunu hiss etmək mümkündü. Necə deyərlər, Naxçıvan şəhəri al rəngə boyanıb. Mənə elə gəlir, iyunun 1-də həm də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil olunan kütləvi tədbir “Araz-Naxçıvan”ın 55 illiyindən çox yenidən futbol elitasına dönən klubun təqdimatı idi. Onu da qeyd edim ki, təqdimat yüksək səviyyədə baş tutdu. Ən əsası “qırmızılar”ın himni tribunalara toplaşanlar tərəfindən əzbərdən səslənirdi ki, bu da naxçıvanlıların öz komandalarına biganə qalmamasının göstəricisi idi. Bu yerdə artıq ahıl yaşına çatmış futbol məşqçilərimizdən birinin sözü yadıma düşdü. “Sumqayıt” Futbol Aklademiyasında çalışan Ağamusa Bağırovu nəzərdə tuturam: futbolun inkişafına çalışırıqsa, bu idman növünün ənənəsi olan bölgələrə üz tutmalıyıq, həmin şəhər və rayonların komandası divizionda və premyer-liqada çıxış etməlidi. Hətta bununla bağlı Bağırovun gözəl məsəli var. Onunla hər dəfə söhbət edəndə deyir: “Sabirabadda kartof, Gədəbəydə qarpız yetişdirmək mümkündü. Ancaq Sabirabaddakı kartofun dadı Gədəbəydəkinin, Gədəbəydə yetişən qarpız isə Sabirabadakının yerini verməyəcək”. SSRİ dönəmində “Araz-Naxçıvan”ın ittifaq çempionatının ikinci liqasının 9-cu və 7-ci zonasında çıxış etdiyini nəzərə alsaq, Muxtar Respublikada “idmanın şahı”nın ənənəsi və bünövrəsi olan idman növü olduğunu söyləyə bilərik.

Düzgün siyasət

“Araz-Naxçıvan”ın əsas sponsoru “Cahan Holdinqdi”. O şirkət ki, bir çox sahələrə investisiya yatırıb və uzun illərdi istər daxili, istərsə də xarici ticarətdə effektli işi ilə seçilir. Həm yerli futbol federasiyasının, həm də “Araz-Naxçıvan”ın Müşahidə Şurasının sədri - adını qeyd etdiyim holdinqin rəhbəri Vüqar Abbasov uğurlu iş adamı kimi tanınır. Naxçıvan səfərinin son günündə federasiya rəhbəri idman jurnalistləri ilə görüşdü. Bir neçə dəqiqə sürən görüşdə Vüqar bəy media əhlinə dəvəti qəbul edib Naxçıvana gəldikləri üçün təşəkkür edib, qarşılarına qoyduqları məqsədlər barədə məlumat verdi. O pilləli inkişafa, əsas komanda ilə yanaşı, uşaq futboluna diqqət yetirəcəklərini söyləməklə yanaşı, növbəti illərdə görəcəkləri işlər barədə məlumat verdi. Vüqar bəyin qısa çıxışında “mənim yox, bizim” deməsi, bu işə komanda şəklində başladıqlarını söyləməsi, uğurlu iş adamı kimi ətrafına işini bilən kollektivi yığdığını bildirməsi, açığı, xoşuma gəldi. 6 min insanın çalışdığı holdinqə rəhbərlik edən şəxsin çox sadə, hamının başa düşə biləcəyi dildə danışmağı, açıq şəkildə “Zəngəzur dəhlizi”nin vacibliyini və futbolun bu yöndə önəmini vurğulamasını çox bəyəndim.

Adamlar qarşılarına məqsəd qoyublar. Pillə-pillə inkişaf edib, 2030-cü ildə “Araz-Naxçıvan”ın avrokuboklara qatılmasını hədəfləyiblər. Bu isə o deməkdi ki, “Araz-Naxçıvan” rəhbərliyi ildirim effektli, ani uğur istəmirlər. Sabit, dayanıqlı inkişaf modeli seçiblər ki, bu yolda onlara uğurlar arzulayıram.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-05-2022, 16:0

Futbol adamları və jurnalistlər Naxçıvana səfər edəcək

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Bu gün, 22:00
    "Sabah" fasiləyə məğlub yollandı - YENİLƏNİR
  • Bu gün, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Bu gün, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Bu gün, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Bu gün, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Bu gün, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Bu gün, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Bu gün, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Bu gün, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Bu gün, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə