• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tanınmış şəxslərin Məzahir Süleymanzadə barədə xatirələri - AÇIQLAMALAR

Maraqlı / Manşet

13-05-2022, 22:0

Azərbaycan jurnalistikasına və idmanına ağır itki üz verib.

Görkəmli yazıçı-jurnalist, fəxri bədən tərbiyəsi və idman xadimi, əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə ömrünün 70-ci ilində vəfat edib. Mərhum dünən Mərdəkan qəbiristanlığında, doğmalarının yanında torpağa tapşırılıb.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda dünyaya gəlib. 1970-də Şamaxıda 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edən jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tiflisdəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-79-da Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb, "AFFA News" qəzetinin baş redaktoru, AFFA-nın və "Neftçi"nin mətbuat katibi olub. “Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-da müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edib. 1990-cı ilin qanlı yanvar hadisələrindən sonra Məzahir Süleymanzadənin təşəbbüsü ilə sahibi olduğu "Səhər"in bu faciəyə həsr olunan xüsusi buraxılışı rekord sayda - milyonlarla tirajla çap edilib və pulsuz paylanılıb. Süleymanzadə həmçinin çoxsaylı kitabların müəllifidi.

1984-94-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, həmçinin “Araz” ali mükafatına layiq görülüb, 1989-da Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. 2005-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Onun təsisçisi olduğu “Səhər” qəzeti ölkə futboluna da töhfə verib. Məhz bu qəzetin təşəbbüsü ilk ilk dəfə 1992-ci ildə Azərbaycan superkuboku uğrunda qarşılaşma keçirilib. Məzahir bəyin təşkilatçısı olduğu "Sabahın ulduzları" turnirinin bir çox tanınmış futbolçuların və hakimlərin yetişməsində müstəsna xidməti olub. Mərhum jurnalist, ictimai xadim, tanınmış ziyalı ilə bağlı xatirələrini bölüşmək üçün “İdman” TV-nin rəhbəri Rövşən Binnətli ilə əlaqə saxladıq:

“Məzahir Süleymanzadəni onunla işləməmişdən öncə, mətbuatdakı yazılarından tanımışam. Sonradan onunla bir yerdə çalışdıq. Müəyyən müddətdən sonra işgüzar münasibətlər insani dostluğa çevrildi. Məzahir müəllim bir qəzetçi, redaktor kimi nə qədər səmimi idisə, insanlarla münasibətdə də o səmimiyyəti həmişə qoruyurdu. Çalışırdı ki, heç kimi zərrə qədər incitməsin. Məzahir müəllim yaddaşımda həm istedadlı jurnalist, həm də gözəl insan kimi qalıb. Onun yoxluğu mənəvi itki olmaqla yanaşı, biz həm də Azərbaycan milli jurnalistikasının özəl pirinsiplərinə sadiq görkəmli nümayəndəsini, dəyərli həmkarımızı itirdik. Ona Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm. Məkanı cənnət olsun”.


Tanınmış nasir, dramaturq Firuz Mustafa da mərhumla bağlı fikirlərini sosial şəbəkədə bölüşüb:

“Bu gün səhər-səhər eşitdiyim xəbər onsuz da yaxşı olmayan əhvalıma daha bir üzüntü qatdi: Məzahir Süleymanzadə rəhmətə gedib. Biz çoxdanın tanışı, həmkarı idik. Mənim bütün kitab təqdimatlarıma ərklə, dəvətsiz gələr, tədbirin aparıcılığını da elə eyni həvəslə özü edərdi… Onu bu gün yaşı 40-ı ötənlər daha yaxşı xatırlamalıdı. Çünki 20 Yanvar faciəsinin baş verdiyi vaxtdan 32 il ötür və Məzahir Süleymanzadə imzası bu tarixlə daha çox bağlıdı… Məsələ burasındadı ki, 1990-cı ilin həmin məşum yanvarında biz az qala təklənmişdik. Televiziyanın enerji bloku indi, yəni bu günlərdə Ukraynanı xarabaya çevirən işğalçılar tərəfindən partladılmışdı. Faciə haqda dünyaya və xalqımıza səhih məlumat verən və ilk yada düşən adları xatırla(t)maq yerinə düşərdi: hadisə baş verən ilk anlarda harayı “Azadlıq” radiosundan gələn Mirzə Xəzər, həmin radiodan dünya xalqlarına müraciət edən Yusif Səmədoğlu, bundan sonrakı günlərdə Moskvada yerləşən daimi nümayəndəliyimizdə kəskin çıxış edən Heydər Əliyev, Respublika Ali Sovetin təcili iclasını çağırtdırıb işğalçı ordunu ittiham edən Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, meydanda sinəsini irəli verib haray qoparan Xəlil Rza, Mikayıl Mirzə, xəstə olsa da, özünü Bakıya çatdıran Oljas Süleymenov və daha kimlər, kimlər… Mən təkcə bəzi adları yada salıram. Həmin dövrdə küçə və meydanlara axışan qəhrəman xalqımızı, şəhidlərimizi, top-tüfəng altında dəfn edən igidlərimizi bu gün ehtiramla xatırlayırıq. Bu sırada “Səhər” qəzeti və onun yaradıcısı, publisist Məzahir Süleymanzadə də ilk yada düşənlərdən biridi. “Səhər”i Məzahir bəy məhz güllələr altında, od-alov içində dərc etdirib üzə çıxara bilmişdi. Bu qəzet həmin günlərdə üzləşdiyimiz qanlı fəlakət barədə xalqımıza ilk informasiya və ilk təsəlli verən bir ümid çırağına çevrildi.
Məzahir Süleymanzadə dünyasını dəyişib. Onun adı mətbuat tarixində bir ümid və igidlik rəmzi kimi daim qalacaq. Ruhu şad olsun”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

11-05-2022, 10:0

Tahir Süleymanovun qardaşı vəfat etdi

Aktual
Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 00:22
    İspaniya fərqi artırdı - DÇ gecəsi
  • Bu gün, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 23:51
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
  • Dünən, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Dünən, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Dünən, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Dünən, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Dünən, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Dünən, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Dünən, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Dünən, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Dünən, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Dünən, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Dünən, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Dünən, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Dünən, 17:40
    MY-dən daha bir transfer
  • Dünən, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Dünən, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Dünən, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Dünən, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Dünən, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Dünən, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Dünən, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Dünən, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Dünən, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Dünən, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Dünən, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Dünən, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Dünən, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Dünən, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Dünən, 10:00
    Yusif İmanov "İmişli"də
  • 13-07-2026, 23:0
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • 13-07-2026, 23:0
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • 13-07-2026, 22:0
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
Daha çox
Oxunub: 226
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 145
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə