Ruslan Abışov maraqlı açıqlama verib.
"Zirə"nin müdafiəçisi Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbirdə bildirib ki, oyunlar vaxtı ciddi yoxlamalar olur:
"Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm. Əvvəllər yoxlamalar olmurdu. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də 3 dəfə testdən keçmişəm. Bu, idmançılar üçün də xeyirlidi. İnanıram ki, bundan sonra heç bir futbolçumuz ciddi dopinq qalmaqalına düşməz”.