"İnter"in hücumçusu Lautaro Martines İtaliya mətbuatına açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, argentinalı forvard "Sport Mediaset"ə komandanın qarşıdakı hədəflərindən bəhs edib:
“Biz bütün kubokları qazanmaq, hər şeyimizi verərək nəticə əldə etmək istəyirik. Bu, təfərrüatlı şəkildə həll ediləcək, çünki hər an həlledici ola bilər. Mentalitet və yanaşma çox vacibdi".