"Dinamo" (Zaqreb) bazar günü Xorvatiya çempionatında növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi "Maksimir"də "Şibenik"i qonaq edəcək.
Ötən gün "Dinamo"nun rəqibinin düşərgəsində maraqlı hadisə yaşanıb.
"Dalmatian" portalında yer alan məlumata görə, bir qrup "Şibenik" azarkeşi axşam məşqindən əvvəl baş məşqçi Din Raçunitsaya yaxınlaşaraq ondan Zaqrebə yeniyetmələrlə yollanmağı xahiş ediblər. Başqa sözlə, tərəfdarlar "Dinamo"ya müqavimətsiz təslim olmağı istəyir. Buna səbəb "Şibenik" azarkeşlərinin "Hayduk"a nifrət etmələri və onun çempion olmasını istəməmələridi. Onlar bu səbəbdən "Dinamo"nun çempion olmalarını istəyirlər.