"İnter" Lautaro Martinesi 60-70 milyon avro qarşılığında satmağa hazırdı.
"Football-plus.az" xəbər verir ki, 24 yaşlı forvard "Barselona"ya keçmək niyyətindədi.
Bu mövsüm "nerazzuri"nin heyətində 45 oyunda 23 qol vuran Martines 3 assistlə oynayıb. Onun "İnter"lə müqaviləsi 2026-cı ilə qədərdi.
Qeyd edək ki, futbolçu İspaniyanın digər nəhəng klubu "Atletiko"nun da marağındadı.