• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İstefa" qışqırırlar, nə cavab verim, deyim ki, düzgündü, ya yox?" - Samir Abasov

Ölkə futbolu

9-05-2022, 23:0

Ölkə çempionatının 26-cı turunda "Qəbələ" doğma meydanda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdi.

"Football-plus.az" saytının məlumatına görə, qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

"Bəlkə də birinci dəfə idi ki, təzyiqsiz oyuna başladıq. Çünki itirəcəyimiz, qazanacağımız bir şey yox idi. Rəqibi təbrik edirəm. Deyiləsi çox şey yoxdu. Yerimizi bərkitməyimiz bəlkə də uşaqlarda boşalmağa səbəb ola bilərdi. Amma oyun başlayanda belə olduğu görünmədi. Fikirləşirdik ki, rəqib oyuna yüksək təzyiqlə başlayacaq. Təxminlərimiz düz çıxdı, ilk dəqiqədən çox istəkliydilər. Vaxt keçdikcə diqtə edən tərəf olduq. Əfsuslar olsun ki, “Qəbələ”nin cərimə meydançasına girə bilmədik. Komanda ikinci yeri tutub, buna görə futbolçularımı təbrik etdim. Bizim üçün ikinci yer də pis deyil. “Neftçi”ni təbrik edirəm".




- Çempion ola bilməməyiniz komandadaxili ab-havaya necə təsir edib? Mamadu Mbocun əvəzlənərkən etdiyi hərəkət, azarkeşlərin istefa şüarları, bütün bunları necə şərh edərdiz?

- Mboc paltardəyişmə otağında da həmin vəziyyətdədi. Bu, əvəzetmə ilə bağlı olan bir şey deyildi. Buraxdığımız qola və düşdüyü vəziyyətə görə əsəbləşir. Onu sakitləşdirməyə çalışırıq. Sizi əmin edirəm ki, bu, onunla bağlı deyildi. Futbolçularım “Qarabağ”ın çempion olması ilə barışmışdı. Bilirdik ki, 12-14 xallıq fərqi aradan qaldıra bilməyəcəyik. İkinci pilləni tutmağımızda kapitan və təcrübəli futbolçularımızın əməyi danılmazdı. İstefa məsələsinə gəldikdə, bunu cavablandırmağımı istəməyin. Çünki yaxşı tonda cavablandıra bilməyəcəm. Sadəcə olaraq, anormallıqdı. "Qarabağ"ın heyətində 300-500 minlik futbolçular var, səndə belə deyilsə, əmələ gəlməyəcək. Maliyyə tərəfi belədi. Bir də illərlə qurulmuş komandaya qarşı mübarizə aparmaq var. Vicdanla deyirəm ki, ikinci yer çox yaxşıdı. İstefa qışqırırlar, nə cavab verim, deyim ki, düzgündü, ya yox? Sırf bunu qışqırmaq üçün gəlmişdilər bura. Əgər əsas rəqibin olan “Qarabağ” azarkeşləri də bu sözlərlə ələ salırsa...Yadınıza gəlir, "Bakcell Arena"da onlar da istefa qışqırmağa başlamışdılar...Burada tək komanda deyil, ümumi “Neftçi” düzəlməlidi.

- Bundan sonra təzyiq altında işləmək necə olacaq?

- Ümumiyyətlə, bu təzyiq haqda fikirləşmirəm, fikirləşməyəcəm də. O vaxtı azarkeşlərlə futbolçular arasındakı münasibət o dərəcədə pozulmuşdu ki, futbolçular azarkeşlərə əl çalmağa da getmirdi. Münasibəti düzəldən insan mənəm. Azarkeşlərimlə futbolçularımı çağırmışdım ki, belə olmaz. Görünən odur ki, azarkeşlər də özləri parçalanmış şəkildədi. Bir nöqtəyə vuran azarkeşlərimizi hiss etmirik. Bu gün baş məşqçiyə qışqırırlarsa, demək ki, futbolçu ilə münasibətləri də yaxşı deyil. “Neftçi”də təzyiq həmişə olub, olacaq da. Təzyiqdən qorxub kənara çəkiləcəyiksə, biz inkişaf etməyəcəyik. Əsl inkişaf təzyiq altında olan inkişafdı. Bu günləri hər şeyi baş məşqçidən bilirlərsə...Ki, buna yozurlar. Deməli, bu futbolun zayı çıxıb.

- Açıqlamalarınız onlar tərəfindən birmənalı qarşılanmayacaq...

- Bilirsiz, sırf bunu qışqırmağa gəlmək anormallıqdı. Qışda Türkiyədə “CBC Sport”a açıqlama vermişdim və demişdim ki, azarkeşlərimiz nəticə azarkeşidi. Bunun üstündə də dayanıram. Qəbələyə gəlmisənsə, gözlə komandan udsun, ya uduzsun da. Məqam olan kimi, qışqırmağa başlayırlarsa, demək ki, planlaşdırılmış bir şeydi. Buna normal yanaşa bilmərəm. Heyətimizi görürsüz. “Qarabağ”dan sonra ikinci yerdəyik də. Müqayisə etmirlər. Bəs reallıq?

- Azarkeşlər reallığı qəbul etmir...

- Reallığı sən, mən qəbul etdirməliyik. Yaxşı onlara reallıq maraqlı deyil, bəs həmin “Forza Neftçi” idi də, yanıma gələndə demişdilər ki, “bilirik ki, çempion ola bilməyəcəyik, çünki “Qarabağ” bizdən güclüdü". Elə bu qışqıranları deyirəm. Deyirdilər, istəyimiz odur ki, komandamız ürəklə, loqo üçün oynasın. Həmin il çempion olduq, komandaya həmin ruhun verən də mən idim, çempion edən də. “Qarabağ” hər şeyinə görə çempiondur. Biz də ikinci yerdəyik də. Bundan artığını nə edə bilərdik?

- Bəlkə bugünkü istefa tək sizə yox, həm də klub rəhbərliyinə idi?

- Bu vaxta qədər baş məşqçini və ya klub rəhbərliyini işindən çıxaran azarkeş görməmişəm. Klub rəhbərliyi üçün də qışqırıbsa, mən cavabdeh ola bilmərəm. İkinci yeri tutmuşuq? Vəssalam.

- Büdcə və transfer məsələsində rəhbərliklə üst-üstə düşməyən fikirləriniz olduğu görünür. Deyə bilməzdiz ki, əsas problem nədədi?
- İnanın, demək istəsəm burada deyəcəm. Yarımçıq deməyəcəm, ya da kiməsə nəyisə eşitdirməyəcəm. Biz ən azından bu klubda işləyirik, bütün söhbətlərin də klubdan çölə çıxması normal deyil. Büdcəni ayıran insan da mən deyiləm. Halbuki büdcənin ayrılmamasına, büdcənin "Qarabağ"a çatmamasına görə günahlandırılan da baş məşqçi olur. Görün hansı hala gəlib çıxmışıq. Deyirlər, filankəs niyə alınmadı? Bu sual baş məşqçiyə verilirsə, mən də bunu axarına buraxmışam. Əlimdə olan komanda ilə üçüncü yeri də tuta bilərdik. O da mənim üçün pis olmayacaqdı. Komandanın içində baş verənləri burada deməyəcəm. Ən asan yolu seçmişik. Bir nəfəri götürək, elə ona deyək nələrsə. Deyin də axıra qədər, görək nə olacaq?

- Ötənilki "Qarabağ"la builki arasında hansı fərqlər var?

- "Qarabağ"lın illərlə çempion olması, məni əlimdə olan gücümə görə məni narahat edir. "Qarabağ"la oyuna çıxıram, meydanda canımı qoyuram ki, qalib gələm. Yox, bu da olmursa, demək ki, mənim gücümdə deyil. "Qarabağ"la tək rəqabət apara bilmərəm. Təkəbbürdən uzaq olmuşam. Amma biz buradayıq deyə, "Qarabağ" təmiz dəyişilib. O boyda strukturu, büdcəsi, oyunçuları var. Edə bilmirəm, mən kiməmki burada?

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-04-2022, 00:0

"Çoxdandı belə oyun görmürdük" - Samir Abasov

Premyer-liqa

4-05-2022, 22:0

"Cavan futbolçularımı təbrik edirəm" - Samir Abbasov

Premyer-liqa

21-05-2022, 22:0

"Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil" - Samir Abbasov

Premyer-liqa

16-04-2022, 22:0

"Qələbənin yaxşısı, pisi olmur" - Samir Abasov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə