"Cavan futbolçularımı təbrik edirəm" - Samir Abbasov

4.05.2022 22:15 479
Premyer-liqa
“Çətin səfər oyunundan sonra məqsəd kubokdakı məğlubiyyətdən sonra seriyanı davam etdirmək idi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt” üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

44 yaşlı baş məşqçi bu gün fiziki baxımdan mükəmməl formada olduqlarını bildirib:

"Kubokda 120 dəqiqəlik rahat oyundan sonra bu gün də "Sumqayıt"la matçda üstün oynadıq. Cavan futbolçularımı təbrik edirəm".