“Mövqeyi olmayan adamlardı" - Samir Abasov

9.05.2022 23:00 560
Ölkə futbolu
“Neftçi”nin baş məşqçisi Samir Abasov ölkə çempionatının 26-cı turunda “Qəbələ” ilə oyunda azarkeşlərin onu istefaya səsləməsi ilə bağlı fikir bildirib.

"Football-plus.az" saytının məlumatına görə, 0:1 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra mütəxəssis “CBC Sport”a açıqlamasında bunları deyib:

“Mövqeyi olmayan adamlardı. Onlar məni bir neçə ay öncə göyə atırdılar. Həm də məni bura rəhbərlik gətirib, azarkeşlər gətirməyib. Rəhbərlik nə vaxt istəsə, onda istefaya gondərəcək”.