• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mütləq qrupda birinci yeri tutmalıyıq”

Ölkə futbolu / Manşet

24-04-2022, 09:0

AFFA-nın yeni baş katibi Malta və Latviyaya məğlubiyyəti qəbulolunmaz sayır.

Cümə axşamı AFFA-nın təşkilatçılığı ilə idman jurnalistləri üçün Şamaxı şəhər stadionuna media-tur təşkil olundu. Stadionla və yeni yaradılan futbol məktəbi ilə ümumi tanışlıqdan sonra jurnalistlərlə federasiyanın yeni baş katibi Sərxan Hacıyev dəyirmi masa ətrafında bir araya gəldi. Media mənsubları fürsətdən istifadə edib. AFFA rəsmisinə suallar ünvanladı. Hacıyev stadion haqda qısa məlumat verəndən sonra hakimliklə və peşəkar şahmatla məşğul olduğunu söylədi: “Bugünkü görüşün əsas məqsədi Şamaxı şəhərindəki stadionla tanışlıqdı. Arenanın inşası üçün maliyyənin böyük hissəsini qitə futbol qurumu ödəyib. Sonradan “Keşlə”nin Şamaxıya köçməsi variantı yarandı ki, Şamaxıda da futbolun dirçəlməsinə xidmət etsin. Düşünürəm ki, stadion haqda ətraflı məlumata maliksiz. Bu gün bu masa ətrafında yığışmağımızda məqsəd sizlə tanışlıqdı. Özüm həm hakimliklə, həm də şahmatla məşğul olmuşam. Sonradan hər iki peşəyə “həvəsdi, bəsdi” düşüncəsi ilə yanaşıb, uzaqlaşmışam. İndi sizə maraqlı olan məsələlərlə bağlı suallarınız varsa, buyura bilərsiz”.

- AFFA-nın baş katibi postuna strateji baxımdan qatqınız nə olacaq?

- Bildiyiniz kimi, gündəmin önəmli xəbərlərindən biri də Elxan Məmmədovun FİFA-da vəzifəyə təyin olunmasıdı. Hesab edirəm ki, Elxan müəllim yeni vəzifəsində Azərbaycan futbolunun inkişafına kömək göstərəcək. O ki qaldı suala, mənim qarşıma da müəyyən məqsədlər qoyulub. Əsas məqsəd futbolun, futzalın, çimərlik futbolunun inkişaf strategiyasını davam etdirməkdi. Gündəmdə VAR sisteminin tətbiqi var. Planımız bunu fevralda tətbiq etmək idi, alınmadı. Bu işi sona qədər mütləq çatdırmalıyıq. Son elementlər gedir. Yoxlama görüşlərində sınaqdan keçirildi. Normalda VAR sisteminin ölkələrdə işəsalma prosesi var. Bəzi ölkələrdə ilyarım vaxt lazım olur, bəzilərində iki il. Əsas qayda tətbiqdən əvvəl 28 oyunun keçirilməsidi. Plan belədi ki, oyunlar əsasən U-17 və U-19-lar arasında keçirilsin. Əsas hədəf odu ki, artıq 28-ci matçda heç bir problem olmasın. Həmçinin lisenziyalaşdırma məsələsi gündəmdədi. İki klubun premyer-liqaya buraxılması müzakirə olunur. Hansısa “fors-major” olmasa, növbəti mövsümdən çempionatda 10 komanda görəcəyik.

- Elxan Məmmədovun dövründə əsas uğurlar təşkilatçılıqla bağlı oldu. Siz bu baxımdan uğura çalışacaqsız, yoxsa milli komandanın nəticələri baxımından?

- Tədbirlərin keçirilməsində Elxan müəllimin, AFFA rəhbərliyinin, dövlətimizin əməyi danılmazdı. Elxan müəllim düşünmürdü ki, yarışları təşkil edək, millinin oyunları kölgədə qalsın. Hər iki sahədə işlər gedib. Yığma ilə bağlı da işlər görülür. Bəli, bəzi səbəblərdən əsas millidə ciddi uğurumuz yoxdu. Amma hər iki sahə ölkəmiz üçün vacibdi. Bütün fikri yığmaya yönəldib, təşkilati işi zəif görmək də düz olmaz. Mən birini digərindən fərqləndirməyəcəm.

- AFFA-da işləri kim idarə edəcək?

- Elxan müəllim mayın 1-dən fəaliyyətə başlamalı, Fransaya yollanmalıdı. Həmin şöbənin işi əvvəllər FİFA-nın departamentində gedirdi. Sonradan qurum qərargahlar yaratdı, onlardan biri də Parisdədi. Elxan müəllim də FİFA-nın işçisi olacaq. Digər məsələlər baş katibin səlahiyyətlərinə keçəcək. Ümumi idarəetmə sırf baş katibin səlahiyyətlərində olacaq.

- Siz baş katib təyin olunandan qısa müddət sonra Elxan Məmmədov FİFA-dan təyinat aldı. Bu təyinat öncədən gözlənilirdi?

- Mən bu təyinatı son bir neçə gün ərzində dəqiq bildim. Bunlar bir-birinə bağlı məsələ deyil. Son günlərdə gələn təklifdi.

- Bölgələrdə futbolun inkişafı üçün hansı planlar var?

- “Şamaxı”nın “Neftçi” ilə oyunu zamanı gözəl ab-hava gördüm. “12-ci oyunçu” amili də “Şamaxı”ya kömək oldu. Hiss olunurdu ki, “Şamaxı”nın birinci hissədə önə keçməsində azarkeş dəstəyinin böyük köməyi dəydi. Regionlarda futbolu inkişaf etdirmək lazımdı. Region Liqası matçlarını da izləyirik. Ordakı ab-havadan da görünür ki, azarkeş amili böyük rol oynayır. Müəyyən layihələr var. 8 komandanın 10-a çatdırılması bu layihələrdən biridi. Gələcəkdə regionla bağlı başqa layihələrin olmaq ehtimalı da var. Bu gün üçün əsas məqsəd iki klubun premyer-liqaya gəlməsidi. Ümumi məlumata əsasən, görünən budu ki, bunlar “Turan Tovuz” və “Kəpəz” olacaq. Hazırda sənədlərin verilməsinə əsasən görünən durum budu. Mayın ortalarında Lisenziyalaşdırma Komissiyası yığışacaq. Orda məlum olacaq ki, bu iki klub premyer-liqaya hazırdı, ya yox.

- Hakimlik də etmisiz. Sizcə, bu iş üçün əsas meyar nə olmalıdı?

- Bəli, hakimlik etmişəm. Elə vaxt olub ki, Əliyar Ağayevlə hakimlik etmişəm. Özümü daha çox yan xətt hakimi kimi rahat hiss edirdim. Əsas məsələ qətiyyət və kənarda olanları eşitməməkdi. Hakim ilk dəqiqədən səsə fit verməyə gedirsə, sona qədər belə olacaq. Bəlkə də mənim də başıma belə hadisə gəlib. Qərarın üstündə sona kimi dayanmaq vacibdi. Bugünlərdə VAR söhbəti gündəmə gəlib. İndi hakim qərar versə belə, VAR-dakılar qərarı dəyişdirə bilirlər. Baş hakim də səhvini düzəldə bilir. Bu üzdən əvvəlki illərlə indini müqayisə etmək çətindi. Məncə, VAR sistemi lazımlı addımdı. UEFA və FİFA vaxtında buna getdi. 2018-ci ildəki dünya çempionatında bu sistem bəlkə də çempionun taleyini dəyişdi. Almaniya məhz VAR-a görə qrupda qaldı. Almanlar həmin vaxt qrupdan çıxsaydılar, bəlkə də çempion olacaqdılar.

- Hansısa uğursuzluq zamanı uşaq futbolu yada düşür. Bununla bağlı bir baxış bucağınız var?

- Əsas məsələ liqaların davamiyyətinin təmin olunmasıdı. Liqa olmasa, bu mümkün deyil. Hazırda davamiyyət normaldı və dayana bilməz. Bu, bir az texniki sahəyə aiddi. Həmçinin lisenziyalaşdırma prosesində belə bir məsələ var ki, yüksək liqada oynamaq istəyən klubların mütləq aşağı yaş qruplarından ibarət komandaları olmalıdı. Bu meyar heç bir halda dəyişdirilə bilməz. Hansısa yüngülləşdirmə olsa, bəzi komandalar aşağı yaş qruplarını ləğv edə bilər.

- Həmin şərtlər daxilində qadın və futzal komandalarının yaradılması mümkündü?

- UEFA bununla bağlı bizə artıq məlumat göndərib. Öz yarışlarında iştirak üçün bunu tətbiq etməyə başlayıb. Ya 2023/24, ya da 2024/25 mövsümündən bu tətbiq olunacaq. Premyer-liqada iştirak edən komandalarda bu məsələnin tətbiqi gündəmdədi.

- Gündəmdə olan məsələlərdən biri də milli komandaya yerli mütəxəssisin təyinat alması və ona uzun müddət şans verilməsidi. Bu haqda nə düşünürsüz?

- Futbola canı yanan hər kəs millinin nəticəsinə baxanda kədərlənir. Biz də xoş hisslər keçirmirik. Malta və Latviya yığmalarına qarşı keçirilən matçlardakı məğlubiyyət yolverilməzdi. Belə olmamalıdı. Düzdü, yoldaşlıq görüşləri idi. Baş məşqçi rotasiyalar etmək istəyirdi. Canni de Byazi optimal heyəti müəyyənləşdirmək üçün yığmaya legionerlər dəvət etmişdi. Amma belə nəticələr qəbulolunmazdı. İnanırıq ki, De Byazi artıq beynində optimal heyəti formalaşdırıb. Millətlər Liqasında fərqli nəticələrə ümid edirik. Bu məsələlər müxtəlif vaxtlarda müzakirə olunub. Hazırda bunun hansı səviyyədə olduğunu deyə bilmərəm. Şəxsi fikrim belədi ki, hazırda Azərbaycanda yüksək standartlara cavab verən yaxşı mütəxəssislər var. AFFA rəhbərliyi səviyyəsində hansısa danışıqların aparıldığı barədə bir söz deyə bilmərəm. Çünki əsas diqqət Millətlər Liqası ilə bağlıdı. Mütləq qrupda birinci yeri tutmalıyıq.

- Slovakiyanın olduğu qrupda bu mümkündü?

- Çətin olacaq. Digər rəqiblər də zəif deyil. Amma əsas şərtimiz budu. De Byazi Millətlər Liqasında uğur qazanmalıdı.

- Hansı kluba və milliyə azarkeşlik edirsiz?

- 2000-ci ilin Avropa çempionatı idi. İtaliya - Niderland matçı keçirildi. Bundan sonra italyanlara azarkeşlik etməyə başladım. Ən çox sevdiyim futbolçu Alessandro Del Pyero olub. Məndə 6-7 forması var. Sırf ona görə "Yuventus"a azarkeşlik etmişəm. Amma son illər hiss edirəm ki, artıq əvvəlki həvəs qalmayıb. Bu ya futbolun içində olmağım, ya da yaş ilə bağlıdı. Ona görə deyə bilmərəm ki, İtaliya yığmasının bütün oyunlarına baxıram. Yüksək reytinqli matçları izləməyə üstünlük verirəm.

- Bəs Azərbaycanda?

- Mənim üçün fərqi yoxdu. Avrokuboklarda bütün oyunlarda həyəcan keçirirəm. Amma bizim nəslin nümayəndələrinin hamısı “Neftçi”yə azarkeşlik edib. Bu səbəbdən həmin kluba simpatiyam var. İndiki nəslin uşaqlarını anlaya bilmirəm. Onlar Avropa klublarına azarkeşlik edirlər, oyunlarını izləyirlər. Bizdə isə hamı “Neftçi”ni sevirdi.

Sual-cavabdan sonra AFFA nümayəndələri ilə jurnalistlər “Shamakhı Palace” otelinin əyləncə mərkəzlərində bəzi oyunlar oynadılar. Sərxan Hacıyev də media mənsubları ilə birgə boulinqdə və bilyardda gücünü sınadı. Maraqlı məqamlardan biri o oldu ki, baş katib “Futbol+”in əməkdaşı ilə bilyardın “8 pool” növündə gücünü sınadı. Gərgin keçən görüş bəndənizin qələbəsi ilə başa çatdı.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

31-03-2022, 20:0

Şamaxıda “Şamaxı” üçün şadyanalıq təşkil olunacaq

Aktual / Manşet

16-04-2022, 13:0

"Bakıda rahat həyatını sürən, heç bir məsuliyyət daşımayan klub/komanda özünü ruhən "Şamaxı" saymır" - Tahir Süleymanov

Ölkə futbolu

7-04-2022, 20:0

PFL-in "Şamaxı"nın ilk oyunu üçün planları nələrdi? - MÜSAHİBƏ

Aktual / Manşet

18-03-2022, 16:0

“Biz də hər kəs kimi təxmin edirdik ki, martın 18-də "Keşlə" Şamaxıya gedəcək” - Rüstəm Əfsərli

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə