Milli üzvü gələn həftədən “Sumqayıt”ın məşqlərinə qoşulacaq – Zamiq Hüseynov

23.04.2022 23:53 608
Ölkə futbolu / Manşet
Yığmanın da şərəfiniq qoruyan Anatoli Nuriyevin “Sumqayıt”a kecəcəyi, ən azı mövsümün sonuna kimi “kimyaçılar”ın şərəfini qoruyacağını barədə məlumat vermişikdik.

Onu da bildirimişdik ki, ötən yay “Minay”ı “Kolos”a dəyişən yarımmadüfiəçi bu günlərdə Azərbaycana gələrək yeni komandasının düşərgəsinə qoşulacaq. Ancaq günlər ötsə də, Anatolinin Bakıya, daha dəqiq desək, Sumqayıta gəlişi alınmır ki, bu da məlum məsələlərdən qaynaqlanır. Daha açıq desək, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən yığma üzvü Uktaynanı tərk edə bilmir.

İki gün öncə “kimyaçılar”ın idman direktoru Zamiq Hüseynova istinadən Anatolinin ölkəmizə gələcəyini bildirsək də, bu məsələ hələ alınmayıb.

Bəs görəsən, “gənclik şəhəri”nin təmsilçisinin PFL-ə “91 nömrə” kimi sifariş etdiyi futbolçu Azərbaycana nə vaxt gələcək? Bu suala cavab tapmaq üçün bu gün yenidən “kimyaçılar”ın idman direktoru Zamiq bəylə əlaqə saxladıq. Onunla danışanda məlum oldu ki, yığma üzvü bu gün Azərbaycana gələcək:

“Keçən dəfə sizə bildirmişdim ki, Anatoli Nuriyev klubun ofisinin qapısından içəri girməmiş, onun Azərbaycana nə vaxt gələcəyi barədə sualınıza konkret cavab verə bilməyəcəm. Bu gün üçün artıq onu deyə bilərəm ki, Anatoli bazar günü Bakıya gələcək. “Zirə” ilə matçda meydana çıxmayacağı indidən məlumdu. Meydana çıxması tarixinə gəlincə, bu barədə dəqiq bir söz deyə bilməyəcəm. Komandanın baş məşqçisi Aleksey Baqa lazım bildiyi anda futbolçunun xidmətindən yararlanacaq”.


RƏŞAD