• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazi düz deyir: qorxaq olmasalar da, xaraktersizdilər! - KÖŞƏ

Manşet / Yazarlar

13-04-2022, 23:0

Ötən həftənin cümə axşamı – redaksiyadakı səhər iclasında uşaqlar qayıtdı ki, bilirsiz, nə olub, Canni de Byazi yığma üzvlərini qorxaq və xaraktersiz adlandırıb.

“Harda, nədən danışarkən deyib” tipli yardımçı suallarla məsələdən agah olandan sonra Azərbaycan futbol ictimaiyyətinin reaksiyasını da gözlədim. Bəribaşdan deyim ki, mən bütün ac, quduz itləri əcnəbi çalışdırıcıların üzərinə buraxmaq tərəfdarlarından deyiləm. Bu il 30 yaşını tamamlayacaq yığmanın bütün tarixi uğursuzluqlarında, daim millətin üzünü qara etməsində baş məşqçilər qədər futbolçular da günahkardı. Bəli, baş məşqçi heyəti müəyyənləşdirməkdə, əvəzetmələrdə, motivasiya verməkdə axsaya bilər. Amma bu məqamlar da 300-ə yaxın oyun keçirən komandanın tarixinin ən fərqli və acınacaqlı məğlubiyyətlərlə zəngin olmasına əsas vermir. Heç bir taktika yaşıl meydanda futbolçunun əlinə-ayağına keçirilən qandal, buxov deyil. Yaradıcılığın və improvizə bacarığın varsa, məşqçi demədən də özünü göstərə, qol və ya qollar vura bilərsən. Şəxsən mən Azərbaycan yığmasının tarixində hansısa çalışdırıcının qəfil hücuma qoşulub qol vuran müdafiəçinin başını tapança ilə dağıtdığını görməmişəm. Siz görübsüzsə, deyin. Bu emosional giriş bir tərəfə...

Əlbəttə, hər kəsin yığmanı indiyə qədər çalışdıranların kimliyindən xəbəri var. Yerli məşqçilərlə işim yoxdu, zaman-zaman elə onlar da futbolçuların xaraktersizliyindən şikayətlənsələr də, bu gün ağızlarına su alıb oturublar. Karlos Alberto Torres, Qyoko Hacievski, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni de Byazi...

Bunlar, necə deyərlər, “baxışa çağırdığımız” əcnəbilər, Avropa və dünya çempionları, Avropa və dünya çempionatlarına komanda aparan adamlardı. Mən ölüm, yəni bu adamların hamısı uğursuzdu, yəni heç biri “tutuzdura”, futbolçularımızla dil tapa bilmədi? Belə yanaşma hədsiz arxaik və feodal təfəkkür göstəricisi deyilmi? Lap tutaq ki, əcnəbilər mentallığımızı anlaya, futbolçuların o gözəl qəlbinə yol tapa bilmir. Bəs qanı qanımızdan, dini dinimizdən olan yerli məşqçilər niyə hansısa böyük turnirin nəinki kandarına, heç arxa qapısına da yaxın düşə bilmir?

Böyük iş olub, vallah! Son 20 ayda yığmamızın “sükanı arxasında” olan, bu ölkənin ən yaxşı futbolçularını meydanda, məşqdə və oteldə izləyən italiyalı onlara “qorxaq və xaraktersiz” deyib. Lap heç arada tərcümə xətası olmayıb. Yaxşı, yığma futbolçularına ünvanlanan “qorxaq” ifadəsini bilərəkdən xalqın üzərinə yapışdırıb, 44 günlük müharibəni yerli-yersiz nümunə göstərmək nə deməkdi? O müharibəni futbolçular və futbol adamları yox, peşəkar hərbçilər, Şuşanın qayalarına alpinist kimi dırmaşan qəhrəmanlarımız qazandı. Müharibədəki möhtəşəm qələbənin Malta və Litva önündə biabır olmaqla nə əlaqəsi? Əli başına çatan yerli mütəxəssis və veteran De Byazinin üzərinə məhz bu nöqtədən hücuma keçir.

İndi də gələk xaraktersizlik ittihamının üzərinə. Çox-çox illər öncə Azərbaycan futbolunun ləyaqətli simalarından biri, mərhum Sergey Kramarenko “Sovetski sport”a verdiyi müsahibədə oğlu Dmitri ilə müqayisəyə də toxunmuşdu. Dediklərini bilgisayarımın bir küncündə indi də saxlayıram:

“Məndə lider xarakteri var idi. Oğlumda isə bu zəifdi. Onda idmançı qəzəbi, özünü sübut etmək bacarığı çatışmır”.


Bu sözləri Azərbaycan futbolunu və futbolçularını əlinin içi kimi tanıyan, “Neftçi”nin SSRİ çempionatının güclülər dəstəsindəki oyun sayına görə rekordçusu deyir. Bəlkə düz demir, bəlkə bu ifadələr indiki futbolçu nəslinə aid deyil? Hansı futbolçumuz dubl edəndən sonra het-trikə, pokerə, bir oyunda üç məhsuldar ötürmə verməyə can atır? Nədən futbolçularımız 5-6 ay legioner həyatı yaşayandan sonra vətənə dönür, xoşbəxtliyi ancaq Bakıda, Sumqayıtda axtarırlar? Nədən futbolçularımız yaşıl meydana sözün yaxşı mənasında qisas hissi ilə çıxmırlar? Ona görə ki, xarakterləri yoxdu! Xarakter elə özəllikdi ki, bəzən futbol baxımından zəif göründüyün rəqiblərlə oyunlarda da önə çıxır, oyunun və mübarizənin taleyini həll edir. Məhz bu üzdən təklif edərdim ki, De Byazini ağ yuyub, qara sərmək əvəzinə bir qədər də güzgüdə özümüzə baxaq. Hörmətli futbolsevərlər, futbol ictimaiyyəti, həmkarlar, uğursuzluqların kökünü doğru yerdə axtaraq, əcnəbilərin gerçəkləri hayqıran açıqlamalarında yox!

İtaliyalı baş məşqçiyə tutulası yeganə irad belə açıqlamanı məhz indi, Millətlər Liqasındakı oyunlar ərəfəsində verməsi ola bilər. Yaxşı, yığmadan gedəndən sonra eyni açıqlamanı versəydi, Azərbaycan futbolunun gerçəkliyi dəyişəcəkdi? Təbii ki, yox. Ona görə də düşünək, danışaq, dərdimizə çarə tapaq.

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

7-04-2022, 14:0

"Rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil!" - De Byazi

Yığma / Manşet

7-04-2022, 09:0

De Byazi millinin üzvlərini xaraktersiz və qorxaq adlandırdı

Aktual / Manşet / Günün xəbəri

7-04-2022, 12:0

Vaqif Sadıqov: “Canni de Byazi cavab verəcək!” - ÖZƏL AÇIQLAMA

Aktual / Manşet

7-04-2022, 16:0

Zaur Ramazanov: “De Byazini yığmadan qovmaq lazımdı” - AÇIQLAMA

Aktual
Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Son xəbərlər
  • Dünən, 23:54
    Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
  • Dünən, 23:42
    "Neftçi" "əfsanə zolaqlı" formanı qaytarır - VİDEO
  • Dünən, 23:15
    4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut
  • Dünən, 22:30
    "Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
  • Dünən, 22:08
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • Dünən, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Dünən, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Dünən, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Dünən, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Dünən, 18:52
    “Səbail”dən yeni transfer
  • Dünən, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Dünən, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Dünən, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Dünən, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Dünən, 16:40
    Florensiyanı tərk etdi
  • Dünən, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Dünən, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Dünən, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Dünən, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Dünən, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Dünən, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Dünən, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Dünən, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Dünən, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Dünən, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Dünən, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Dünən, 11:23
    Milandan Turinə yollana bilər
  • Dünən, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Dünən, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Dünən, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Dünən, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Dünən, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Dünən, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • 26-06-2026, 23:0
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
Daha çox
Oxunub: 415
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 313
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 266
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə