“Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə

27.06.2026 17:00 115
Ölkə futbolu / Manşet
İyunun 19-da yay “transfer pəncərəsi” açılıb. Ölkə klubları bu müddətdə heyətinə xeyli oyunçu qatıb. Xüsusən də çempion titulunu qaytarmaq istəyən “Qarabağ” və son çempion “Sabah” fəaldı. Ağdamlılar artıq 6 futbolçu transfer edib.

Onların “Transfermarkt” portalındakı dəyəri və “Qarabağ”a satış qiyməti (avro ilə göstərilib):

Zakaria Savo. Dəyəri - 750 min. Satış qiyməyi - 500 min

Jali Muaddib. Dəyəri – 550 min. Satış qiyməti - 30 min

Samuel Lobato. Dəyəri – 450 min. Satış qiyməti - 150 min

Bruno Lanqa. Dəyəri – 1 milyon. Satış qiyməti - 1 milyon

Martin Zlomisliç. Dəyəri – 2 milyon. Satış qiyməti - 500 min

Renaldo Sefas. Dəyəri – 900 min. Satış qiyməti - 880 min.

Beləliklə, “köhlən atlar” “Transfermarkt” dəyəri 5 milyon 650 min avro olan 6 legionerin transferi üçün 3 milyon 60 min avro, yəni təxminən 6 milyon manat ödəyib.

“Sabah”ın yeni transferlərindən yalnız Eyden Makkartinin dəyəri bizə məlumdu – 600 min avro. Bu futbolçulardan Yunis Laçab icarə əsasında çıxış edəcək.

“Qarabağ” hələ ki fasilədə üstün tərəf kimi görünür. Nəzərə almaq lazımdı ki, futbolçunun dəyərinin yüksək olması hər şeyi həll etmir. Digər tərəfdən, “transfer pəncərəsi” yeni açılıb. Komandaların heyətini yeni oyunçularla gücləndirmək üçün vaxtı var.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul