“Qarabağ”dan ayrılan Leandro Andrade yeni klubu “Polessye” ilə müqavilə bağlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kabo-Verdeli 26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. O, yeni komandasında 11 nömrəli formanı geyəcək.
“Polessye” ötən mövsümü Ukrayna premyer-liqasında 3-cü yerdə başa vurub. Jitomir klubu növbəti mövsüm Konfrans Liqasında oynayacaq.