• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Luis Enrikenin jurnalistləri görən gözü yoxdu - YAZI

Manşet / Yazarlar

1-04-2022, 16:0

İspaniya Albaniyanı yoldaşlıq oyununda 2:1 hesabıyla məğlub etdi.

Amma oyundan daha çox Luis Enrike diqqət mərkəzində idi. O, oyundan əvvəl media önünə çıxaraq, hələ də yığma ilə müqavilə müddətini uzatmamasının səbəbini izah etdi. Sən demə, günahkar jurnalistlərdi. Enrikenin fikirlərinə baxaq: “Medianın boynuna minnət qoyuram. Dünya çempionatında fiasko ilə üzləşsək, dərhal məni tənqid atəşinə tutacaqsız. Uğursuz olsaq, istefamı tələb etməyin – özüm gedəcəm”.

Baş məşqçi media ilə fanatları bir-birindən ayırır

İspaniya yığmasının baş məşqçisinin jurnalistlərə münasibətdə kobudluğu artıq normaya çevrilib.

• 2021-in oktyabrında mütəxəssis Millətlər Liqasının final oyunları ərəfəsindəki çıxışında etiraf etdi ki, sadəcə, jurnalistlərin maraqlı fikirlərinə rast gəlməyib: “Heç nə oxumuram, görmürəm və eşitmirəm. Çağırdığım oyunçulara güvənirəm. Futbolu jurnalistlərdən yaxşı bilirəm, informasiyam daha çoxdu. Hələ ki məni maraqlandırası bircə fikir də görməmişəm”.

• 2018-də, yəni yığmanın “sükanı arxasına” keçən kimi Enrike media ilə iş baxımından mövqeyini müəyyənləşdirdi: “Media və fanatlar ilə münasibətləri bir-birindən dəqiq şəkildə ayırıram. Media üçün əziz ola bilmərəm. Ancaq bahalı restorana dəvət etsəz, hər birinizlə axşam yeməyinə çıxaram”.

• “Barselona”da da münaqişəli vəziyyətlər olurdu. 2015-ci ildə kataloniyalılar “Xetafe”nin 2:0 hesabıyla məğlub edildiyi oyundan sonra rəqibin mətbuat konfransına soxulmuşdular. Düşünürdülər ki, əyləncəli olacaq, axı həmin gün Hellouin qeyd edilirdi. Onda hətta İnyesta “Xetafe”nin oyunçusu Pedro Leona zəng edərək, üzr istəməli oldu. Jurnalistlər bu hadisəni qalmaqala çevirməklə Enrikeni qəzəbləndirdilər. Bu mövzuda istənilən sual onu özündən çıxarırdı.

Əslində baş məşqçini qınamaq da çətindi. İspaniya mediası onun hər qərarına az qala zərrəbinlə baxır. AÇ-2020 ərəfəsində “təftiş əməluyyatı” dözülməz həddə çatmışdı. Bunun da səbəbini anlamaq olardı. Yığmanın baş məşqçisi qitə çempionatı üçün açıqladığı heyətə “Real”dan heç kimi salmamışdı.
AS qəzetinin əməkdaşı Antonio Romero belə yazırdı:

“Fırtınanın ortasında dayanmışıq. Enrikenin seçimi üzündən bütün dünya bizə axmaq kimi baxır. O, hələ ki Ramossuz oynamağa hazır olmadığımızı qəbul etmək istəmir”. AS-ın digər əməkdaşı, “Real” azarkeşi kimi tanınan Tomas Ronsero ümumi əhval-ruhiyyəni hamıdan daha yaxşı ifadə etmişdi: “Luis Enrike gerçək üzünü göstərdi. “Real”dan heç bir oyunçunu AÇ-2020-yə aparmır. Serxio Ramosla Naçonu kənara atdı. Bu tam bir düşüncə bulanıqlığıdı. Onun futboldan başı çıxmır. Yalnız “bunu bəyənirəm, onu bəyənmirəm” düşüncəsi ilə heyət seçmək olmaz. İspaniya yığması bundan yuxarıda dayanmalıdı”.

Elə qitə birinciliyinin gedişində də Luisə yönələn tənqidlər davam etdi. Məsələn, “Real”ın sabiq baş məşqçisi Bend Şuster ictimai rəyi belə çatdırırdı:

“Asmalardan istifadə etmirsənsə, ucaboy hücumçu nəyinə lazımdı – eksperimentləri dayandır. Moratanın əvəzinə Jerar Morenonu qoy, “yanmayacaqsan”. Enrikenin mənqinin anlamıram, o nə edir...”


Onda Enrike tənqidçilərinə təkcə mətbuat konfranslarında səsləndirdiyi fikirlərlə yox, nəticələrlə də cavab verirdi. İspaniya gözəl üslubda yarımfinala qədər irəlilədi, penalti seriyasında uduzduğu İtaliyadan da pis deyildi. Nəticəyə rəğmən, baş məşqçinin jurnalistlərdən incikliyi aradan qalxmadı.
Bəs indi problem nədi?

Baş məşqçinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar AÇ-2020-dən dərhal sonra başladı – yerli futbol qurumu yığmanın çıxışından razı qalmışdı. Ancaq son vaxtlar danışıqlar səngiyib.

• “Marca” şübhə etmir ki, hər şey baş məşqçinin günahı üzündədi. Guya Luis DÇ-dən sonra komandada qalacağına inanmır. Yəni o, əvvəlcə 2022-nin – müqavilə müddətinin sonuna qədər işləmək, ardından gələcəyini sərbəst şəkildə müəyyənləşdirmək istəyir.

• İspaniya futbol ictimaiyyəti müdaxilə etmir, sadəcə, namizədlərə baxır. Onların arasında əsas adlar “Atletik”dən Marselino və “Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverdedi. Siyahının 3-cü pilləsində “Qranada”nın sabiq çalışdırıcısı Dieqo Martines dayanır.

• İspaniyanın “Diario Sport” nəşri bir qədər fərqli xəbər yayıb. Yerli futbol qurumu Luis Enrikeyə xələf axtarmaq fikrində deyil. Yığmada hər kəs elə hesab edir ki, baş məşqçinin müqavilə müddəti minimum AÇ-2024-ün sonuna qədər uzadılmalıdı. Onu boş-boşuna itirmək istəmirlər. Enrikenin şəxsində yeni Visente Del Boske görənlər də var.

• Amma müqavilə müddətinin uzadılıb-uzadılmayacağı ilə bağlı söz-söhbət istər-istəməz şayiələrə impuls verir. Məsələn, “Mançester Yunayted”in onun personası ilə maraqlandığı dəqiqdi. Sadəcə, burda zaman problemi var. Luis ən azı 2022-nin axırında keçiriləcək dünya çempionatının sonuna qədər işləmək istəyir, mançesterlilərə isə elə bu yay yeni məşqçi lazımdı.

Hələ ki Luis yığmanın “sükanı arxasında” qalır. Və jurnalistlərlə söyüşməyə davam edir.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2022, 19:0

İspaniya yığmasına kömək edə bilməyəcək

Dünya futbolu

1-06-2022, 19:0

Millinin oyunlarını buraxacaq

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 230
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə