Roman Bürki karyerasını ABŞ-da davam etdirəcək.
Bu barədə yerli mətbuat xəbər yayıb. Qolkiper "Sent-Luis" komandasına keçib. Oyunçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Roman Bürki bu mövsüm "Borussiya"nın heyətində heç bir oyuna çıxmayıb.