ABŞ çempionatının 2-ci turunda maraqlı fakt qeydə alınıb.
Artıq MLS-də yeni rekord rəsmiləşib.
“Şarlott” – “Los Anceles Qalaksi” matçını (0:1) 74479 tamaşaçı izləyib. Bununla da “Bank of Amerika Stedium”da MLS-in yeni rekordu reallaşıb. Qeyd edək ki, bu liqanın debütantı olan “Şarlott”un rəqiblərini qəbul etdiyi stadionun tamaşaçı tutumu 75523 yerlikdi.
ABŞ-ın yüksək liqasında əvvəlki rekord 2018-ci ildə qeydə alınmışdı. Onda MLS kubokunun “Mersedes-Bents Stedium”da keçirilən “Atlanta” – “Portlend Timbers” final matçını 73019 tamaşaçı izləmişdi.