• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Məcid nəyi düz demir?

Manşet / Yazarlar

22-05-2026, 10:0

Mətbuat Şurasının sədri Rəşad Məcid “feysbuk”da diqqətçəkən status paylaşıb. Rəşad bəy həmin statusda bizi xeyli düşündürən və şəxsən məni utanmağa vadar edən sual ünvanlayıb: “Başa düşdüm ki, meydanda cəmi bir azərbaycanlı futbolçu var, yoxsa səhv edirəm?” Bəli, Rəşad Məcidin müşahidəsi düzgün idi. Ölkə kubokunun finalında meydana cəmi bir azərbaycanlı futbolçu çıxmışdı. O da “Zirə”dən Qismət Alıyev idi. Vəssalam. Belə çıxır ki, azərbaycanlı futbolçular arasında o səviyyəli oyunda meydana çıxmağa layiq olanı yoxdu. Acı da olsa, həqiqətdi.

Bəli, legioner limitinin ləğv edilməsiylə Azərbaycan premyer-liqasında rəqabət artdı, gərgin oyunlar izlədik. Bir qədər də “Qarabağ”ın Çempionlar Liqasında yolunun gözləniləndən uzun olmasının yardımı ilə ölkədə çempionun adı dəyişdi. Heç kim şübhə etmirdi ki, legioner limitinin ləğvi daha çox “Sabah”ın işinə yarayacaq. Yerli futbolçu oynatmaq tələbi aradan qalxandan sonra “Sabah” sponsorlarının səxavəti sayəsində heyətini legionerlərlə bir qədər də gücləndirdi və hamıdan güclü olmağa çalışdı. Sonda bunu bacardı da! “Sabah”ın uğurunun üzərinə kölgə salmaq fikrində deyiləm. Bir halda ki, reqlament buna imkan verib, adamlar da bu reqlamentə uyğun şəkildə gücləniblər. Nəticədə də həm premyer-liqada, həm də ölkə kubokunda rəqiblərini üstələyiblər. Bütün bunlar klubun öz marağıdı. Bəs Azərbaycan futbolunun maraqları?

Təəssüf ki, Azərbaycan futbolunun maraqları heç kimi düşündürmür. Çempionluqlar, kuboklar gələcək-gedəcək. Bir mövsüm “Sabah” çempion olacaq, gələn mövsüm bəlkə də “Qarabağ” daha artıq pul xərcləyəcək və hamını üstələyəcək. Beləcə ildən-ilə uşaq futbolu unudulacaq, yerli istedadları axtarıb tapmaq, onların qayğısına qalıb, futbolçu yetişdirmək heç kimə maraqlı olmayacaq. Necə ki, legioner limiti ləğv olunan kimi Qəbələdəki futbol akademiyasına maraq azaldı, akademiya faktiki əhəmiyyətini itirdi. “Qəbələ”nin rəhbərliyi özü də etiraf edir ki, yerli futbolçularla bağlı limit olmadığından, onlar azərbaycanlı futbolçu transferindən pul qazanıb, akademiyanın xərclərini ödəyə bilməyəcəklər. Buna görə də akademiyanın fəaliyyətini minimuma endirməyə məcburdular.

Zərbə kimə dəyəcək? Təbii ki, milli komandalarımıza. Tezliklə Azərbaycanın milli komandalarında oynatmağa futbolçu tapa bilməyəcəyik. Onsuz da bu say elə də geniş deyil, məşqçilər daim məhdud seçim qarşısında qalır. Bir halda ki, ölkə kubokunun finalında meydana çıxacaq səviyyədə azərbaycanlı futbolçu tapılmır, millidə kim oynayacaq? Həmin o futbolçularla da Andorra, San Marino, Lixtenşteyn kimi rəqiblərə qalib gələ biləcəyik, böyük hədəflər yenə də bizim üçün əlçatmaz olacaq.

Legioner limitinin ləğvinin tərəfdarları iddia edirdilər ki, limit olmayandan sonra heyətə düşə bilməyənlər məcburiyyətdən legioner həyatı yaşamağa yollanacaqlar. Hanı həmin legionerlər? Albaniyada çıxış edən Vüsal İsgəndərovun tezliklə “Şəfa”da peyda olacağı deyilir. “Kolambus Kryu”nun baş məşqçisi Henrik Ridström istefaya göndəriləndən sonra səksəkəyə düşmüşük. Qorxuruq ki, Amerikaya yenicə uyğunlaşmağa başlayan Nəriman Axundzadəni yeni baş məşqçi bəyənməyəcək və geri qaytaracaqlar. Mahir Emrelinin nə vaxtsa bundesliqada oynayacağına ümidlərimiz tükənib. “Kayzerslautern”də də özünü göstərə bilməyən həmyerlimizin, ümumiyyətlə, legioner kimi gələcəyi dumanlı görünür. Bolqarıstan klubu “Arda”da çıxış edən Cəlal Hüseynov mövsümün sonuna yaxın özünü göstərməyə başlayıb. Amma onun komandası da elə də iddialı deyil. Başqa kimimiz var? Varsa da, elə aşağı-yuxarı bu futbolçularla eyni səviyyədədi.

Bütün bu sadaladıqlarım AFFA-ya da, ölkə futbolunun gələcəyinə cavabdeh olan klublarımıza da düşünmək üçün xeyli mövzu verir. Hər dəfə deyirik, amma vecinə alan olmur. Bəlkə Rəşad Məcidin sualından sonra yenidən düşünəsiz? Adam düz deyir. Azərbaycanda futbolçu yetişmir, tezliklə azərbaycanlı futbolçu deyəndə tarix kitablarını vərəqləməli olacağıq. Hərəkətə keçmək vaxtıdı. Onsuz da gecikirik, illərimiz və milyonlarımız boşa gedir. Yeni bir strategiya yazmağa başlamasaz da, nələrisə dəyişməlisiz.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

18-05-2026, 13:0

“Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid

Aktual / Ölkə futbolu

19-08-2025, 10:0

“Sabah” bu göstəricidə sonuncu, “Karvan-Yevlax” birincidi

Aktual / Müsahibə

26-11-2025, 23:0

“Legioner limitinin aradan qaldırılması azərbaycanlı futbolçuların ziyanınadı” – Bəxtiyar Həsənalızadə

Ölkə futbolu

7-02-2025, 19:0

“Nəzəriyyə onu deyir ki, limitin ləğvi liqanın inkişafına səbəb olur" - Emin Əmrullayev

Aktual / Ölkə futbolu

5-01-2025, 08:0

"Onlara vicdan arzulayıram" - Ramin Musayev legioner limitinin ləğvi haqda nə dedi?

Aktual / Ölkə futbolu

11-09-2025, 22:0

“Hansısa sürpriz görmədik” – klublarımız yay “transfer pəncərəsi”ni necə dəyərləndirdi?

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə