Dünya çempionatını buraxacaq

21.05.2026 23:51 52
Dünya futbolu
Fermin Lopes dünya çempionatını kənardan izləməli olacaq.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi əməliyyat olunub. Bu haqda klubun saytı məlumat yayıb. 23 yaşlı isaniyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Fermin İspaniya La Liqasının 37-ci turunun “Betis”lə matçında (3:1) zədələnmişdi. O, bu mövsüm “Barselona”da 48 oyun keçirib, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.