Bu gün futzal üzrə ölkə kubokunda final oyunu keçirilib.
"Football-plus.az" xəbər verir ki, həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayıb. Qarşılaşma "ağ-qaralar"ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə 30-cu Azərbaycan kubokunu qazanan “Neftçi” İK bu göstəricidə vahid liderdir. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırıb.
21 may
Araz-Naxçıvan – Neftçi 3:5
Qollar: Ülvi Əliyev, 3:59. Yan Peruzzo, 8:49. Yan Karlos, 24:20 - Markus Vinisius, 12:04, 12:30, 17:29, 34:55-p. Qustavo Rodriqes, 37:29