Bu gün 1-ci liqada mükafatlandırma mərasimi keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, bu haqda məlumatı Peşəkar Futbol Liqası yayıb.
Binə qəsəbə stadionunda baş tutacaq 27-ci turun “Zaqatala” – “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Xatırladaq ki, 1-ci liqanın çempionu “Şəfa” olub.