Tom Hiton 40 yaşında olsa da, klubuna yenə gərək olub.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” təcrübəli qapıçı ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib. Yeni müqavilənin müddəti 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulacaq.
Qeyd edək ki, Tom klubun yetirməsidi. MY 2000-ci illərdə gənc qapıçını oyun təcrübəsi qazanmaq üçün dəfələrlə icarəyə göndərib. Hiton 2020/21 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinon “Yanq Boyz”a qarşı matçında “Yunayted”in əsas komandasında çoxdan gözlənilən rəsmi debütünü edib.