Beş komanda maksimum nəticə göstərib

22.05.2026 11:59 47
İdman
İsveçrədə hokkey üzrə 89-cu dünya çempionatı start götürüb. Sürix və Fribur şəhərlərində keçirilən DÇ-yə 16 komanda qatılıb. A qrupunda Finlandiya, Almaniya, Latviya, İsveçrə, Avsriya, Böyük Britaniya, Macarıstan və ABŞ, B qrupunda isə Çexiya, Danimarka, İtaliya, Norveç, Slovakiya, Sloveniya, İsveç və Kanada yığmaları mübarizə aparır. Hər qrupda ilk 4 pillədə qərarlaşan komandalar pley-offa adlayacaq. 1/4 final oyunları mayın 28-də, yarımfinallar 30-da, 3-cü yer uğrunda oyun və final isə mayın 31-də keçiriləcək.

İlk 4 gündə keçirilən oyunlardan sonra 5 komanda maksimum nəticə göstərib. Bunlar Avstriya, Finlandiya, İsveçrə, Kanada və Slovakiya yığmalarıdı. Ən böyük sensasiya isə Sloveniyanın turnirin favoritlərindən sayılan Çexiyanı məğlub etməsidi.

A qrupu
Finlandiya – Almaniya 3:1 (1:0, 0:0, 2:1)
ABŞ – İsveçrə 1:3 (0:2, 0:0, 1:1)
B.Britaniya – Avstriya 2:5 (2:3, 0:2, 0:0)
Macarıstan – Finlandiya 1:4 (0:0, 1:3, 0:1)
İsveçrə - Latviya 4:2 (0:0, 2:1, 2:1)
B.Britaniya – ABŞ 1:5 (0:1, 1:1, 0:3)
Avstriya – Macarıstan 4:2 (1:1, 0:0, 3:1)
Almaniya – Latviya 0:2 (0:1, 0:1, 0:0)

1 2 3 4 5 6 7
1. Avstriya 2 2 0 0 0 9-4 6
2. Finlandiya 2 2 0 0 0 7-2 6
3. İsveçrə 2 2 0 0 0 7-3 6
4. ABŞ 2 1 0 0 1 6-4 3
5. Latviya 2 1 0 0 1 4-4 3
6. Almaniya 2 0 0 0 2 1-5 0
7. Macarıstan 2 0 0 0 2 3-8 0
8. B.Britaniya 2 0 0 0 2 3-10 0

B qrupu
Kanada – İsveç 5:3 (2:0, 1:3, 2:0)
Çexiya – Danimarka 4:1 (2:0, 0:0, 2:1)
Slovakiya – Norveç 2:1 (1:0, 0:1, 1:0)
İtaliya – Kanada 0:6 (0:3, 0:3, 0:0)
Sloveniya – Çexiya 3:2 OT (1:0, 0:2, 1:0, 1:0)
İtaliya – Slovakiya 1:4 (0:1, 0:1, 1:2)
Danimarka – İsveç 2:6 (0:2, 1:3, 1:1)
Norveç – Sloveniya 4:0 (1:0, 3:0, 0:0)

1. Kanada 2 2 0 0 0 11-3 6
2. Slovakiya 2 2 0 0 0 6-2 6
3. Çexiya 2 1 0 1 0 6-4 4
4. Norveç 2 1 0 0 1 5-2 3
5. İsveç 2 1 0 0 1 9-7 3
6. Sloveniya 2 0 1 0 1 3-6 2
7. Danimarka 2 2 0 0 0 2 3-10 0
8. İtaliya 2 0 0 0 2 1-10 0

Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda qələbə, 4 – overtaymda məğlubiyyət, 5 – məğlubiyyət, 6 – şayba, 7 – xal.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul