• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Strategiya yoxdu, amma Santuş var... - KÖŞƏ

Manşet / Yazarlar

22-10-2024, 12:0

“İctimai” TV sağ olsun, yenə də adından irəli gələn məsuliyyəti dərk etdi və Azərbaycan futbolunun durumu ilə bağlı müzakirələrə canı efirdə yer ayırdı. “Sabaha saxlamayaq” proqramın yaradıcı heyətinə, spikerlər Ürfan Məmmədli ilə Vüsalə xanıma xüsusi təşəkkür düşür. Onlar qonaqların normal diskussiya aparması üçün əllərindən gələni etdilər, hətta proqramın vaxtının artırılması üçün xoş niyyət göstərdilər, bu barədə rejissorlara müraciət də ünvanladılar. Bütün bunlar öz yerində. Amma təəssüf ki, ya vəlvələdən, ya da zəlzələdən müzakirələr sistemsiz alındı, zaman-zaman qonaqların az qala hamısı birdən danışmağa başladı ki, bu da xoş mənzərə deyildi.

Bilmirəm, bəlkə də kimlərəsə “Sabaha saxlamayaq”dakı müzakirələrin bu formada aparılması sərf edirdi. 1 saatdan artıq müddətdə hamı danışdı, amma heç bir nəticə hasil olmadı. Yenə də ümumi sözlər, məsuliyyətdən yayınmaq üçün cəhdlər, dəfələrlə səsləndirilmiş tənqidləri eşitdik. Jurnalist həmkarlarım öz yerində, onlar həmişə olduğu kimi, öz sözlərini dedilər, fürsətdən bacardıqları qədər yararlanmağa çalışdılar. Məsələ ondadı ki, onlara opponentlik edənlər AFFA-da əsas söz sahibləri deyildi. Ona görə də müzakirələr gözlənilən effekti vermədi. İTV-nin baş direktoru, eyni zamanda da AFFA-nın üç vitse-prezidentindən biri olan Balakişi Qasımov deyə bilər ki, mən öz üzərimə düşəni etdim, canlı efirdə müzakirə aparılması üçün şərait yaradım. Buna görə ona təşəkkürlər. Amma maraqlıdı, cənab Qasımov özü nə üçün proqrama qatılmamışdı? Axı AFFA-da əsas məsuliyyət və söz sahibi olan 3-4 nəfərdən biri də o özüdü.

Deyə bilərlər ki, Sərxan Hacıyev də vitse-prezidentdi, həm də AFFA-nın baş katibidi, bizi o təmsil edirdi. Lakin Sərxan bəyin bu sınaqdan üzüağ çıxa bilmədiyini hamımız gördük. İşi dara düşən kimi “mən baş katib kimi icraçıyam, AFFA İcraiyyə Komitəsinin qərarlarını icra edirəm” deyən Hacıyev ortaya ciddi dəlil qoya bilmədi. AFFA rəsmisi fəxrlə bildirir ki, Slovakiya Futbol Federasiyası klublara 100 min avro ayırır, biz isə 3 milyon manat veririk. Onsuz da son illərdə AFFA-nın yeganə öyündüyü uğur elə səxavətlə pul dağıtmasıdı. Slovaklar 100 mindən daha səmərəli istifadə edir, futbolçu yetişdirir. Biz isə illərdi milyonları havaya sovururuq, millimizin qapısına da Mehd Cənnətovla Rüstəm Samiqullini qoyuruq. Əsl dərd budu. AFFA bundan utanmalıdı, nəinki bu bədxərcliyi fəxrlə dilə gətirirlər. 

AFFA-nın açıqlama verməli, aydınlıq gətirməli olduğu o qədər qaranlıq məqam var ki, onları “Sabaha saxlamayaq”da danışmağa başlasaq, elə səhəri də efirdə açarıq, heç sabahkı gün də yetməz. AFFA İcraiyyə Komitəsinə futboldan bixəbər adamların doldururlmasından başlamaq olar. Bu İcraiyyə Komitəsi hansı məntiqlə, hansı əsaslarla formalaşdırılıb? Niyə o komitənin üzvləri ictimai müzakirələrə qatılmır, qərarlarının arxasında dayanmırlar, Sərxan Hacıyev kimi Azərbaycan dilində danışmağa belə çətinlik çəkən cavan oğlanı irəli verirlər? Sərxan bəy bir ara jurnalistlərə deyirdi ki, klublardan hesabat tələb edin, uşaq futboluna diqqət ayrılmasını istəyin. Unudurdu ki, elə o klublardan biri Maqsud Adıgözəlovun nəzarəti altında olan “Sabah”dı. Həmin “Sabah” ki, futbolumuza sırıdıqları Rüstəm Samiqullin müqavilə ilə bu klubun üzvüdü. Onu hansı ağılla, hansı keyfiyyətlərinə görə bəyəniblər, “milliləşdiriblər”?!

Orta məktəb kitablarına kommunizm haqqında bir nağılvari hekayə var idi. Məktəblilər kommunizmlə bağlı müzakirə aparırdılar. Biri deyir ki, mən yatıb, kommunizm qurulanda oyanmaq istəyirəm. Digəri isə bu kommunizmin qurulmasında şəxsən iştirak etmək arzusunu dilə gətirir. AFFA-nın yeni strategiya haqqında nağılı elə həmin hekayəni xatırladır. O qədər strategiya-strategiya deyirlər ki, guya, həmin strategiya yazılandan sonra futbolumuzda problem qalmayacaq, sürətlə inkişaf etməyə başlayacaq. Hansı problemi dilə gətirirsən, deyirlər ki, strategiya yazırıq. Belə başa düşürük ki, hansı yolla gedəcəyimiz də bu strategiyanın yazılmasından sonra məlum olacaq. Onda ortaya belə sual çıxır: strategiyamız bəlli deyilsə, Santuşu nə üçün Azərbaycana gətirmişik, ona milyonlar ödəyirik? Portuqaliyalı da hər məğlubiyyətdən sonra hansısa böyük layihədən dəm vurur, bu layihənin bir parçası olduğunu deyir. İndi gəl bunların oyunundan baş aç. AFFA-nın baş katibi deyir strategiyamız yoxdu, problemlərin həllinə o yazılandan sonra başlayacağıq. Kimə inanaq? Lap “Bizim Cəbiş müəllim” filmində müəllimin arvadının dediyi kimidi: “Xalçamız yoxdu, amma kolbasamız var”. Bizim də strategiyamız yoxdu, Santuşumuz var. Ondan yararlanmaq üçün də strategiya yazdırırıq...

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

19-10-2024, 23:0

"Şəxsən mən elə şey görməmişəm" - Arif Əsədov İlqar Qurbanovdan sübut tələb etdi

Aktual / Premyer-liqa

5-04-2024, 13:0

"Bütün bunlar normal qəbul olunmalıdı”

Ölkə futbolu / Manşet

2-04-2024, 11:0

"Qısa müddətdə yeni strategiya hazırlayacağıq" - Rövşən Nəcəf

Premyer-liqa

20-04-2022, 16:0

"Çox danışmağa ehtiyac yoxdu" - Turan Vəlizadə

Premyer-liqa / Manşet

13-05-2023, 23:0

"Futbolçulara təşəkkür edirəm ki, "Qarabağ"a qarşı layiqli mübarizə apardılar" - Şahin Diniyev

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
Daha çox
Oxunub: 153
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə