"Şəxsən mən elə şey görməmişəm" - Arif Əsədov İlqar Qurbanovdan sübut tələb etdi

19.10.2024 23:51 1 633
Aktual / Ölkə futbolu
Millimizin direktoru İlqar Qurbanovun İctimai Televiziyanın efirində yayınlanan "Sabaha saxlamayaq" verilişində səsləndirdiyi fikirlərlə tanışsız. Söhbət onun uzun illər ərzində bəzi futbolçuların milliyə sifarişlə cəlb olunduğunu deməsindən gedir. Düzdü, indiyə qədər dəfələrlə belə iddialar duymuşuq, lakin bunu AFFA rəsmisinin dilə gətirməsi, təbii ki, böyük əks-səda doğurdu.

Həmin iddia ilə bağlı yığmamızın sabiq məşqçisi Arif Əsədovun fikirlərini öyrəndik. Onun "Football-plus.az"a cavabı:

"Bu suala cavab vermək istəmirəm. Ümumiyyətlə, bu mövzuya ciddi yanaşmıram. Qurban Qurbanov demişkən, ciddi iddia olmadığı üçün belə məsələlərə fikir bildirmək istəməzdim. İlqar Qurbanovun sübutları varsa, ortaya qoysun, dediklərini sübut etsin. Şəxsən mən elə şey görməmişəm".

KƏNAN BAHADIR