• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hələ ki futbol oynamaq üçün darıxmıram”

Dünya futbolu / Manşet

5-04-2024, 20:0

Heç şübhəsiz, Corcio Kyellinini XXI əsrin ən güclü müdafiəçilərindən biri adlandırmaq olar.

"Football-plus.az" xəbər verir ki, uzun illər şərəfini qoruduğu “Yuventus”da və İtaliya yığmasında 20-dən çox titul qazanan Kyellini karyerasının son iki mövsümünü “Los Anceles Qalaksi”də keçirdikdən sonra ötən ilin dekabrında butslarını birdəfəlik mismardan asdı. Hazırda o, Los Anceles klubunda oyunçuların inkişafına görə cavabdehlik daşıyır. 39 yaşlı Kyellini bugünlərdə FİFA-nın rəsmi saytına müsahibə verib. O, Los Ancelesdə yaşadıqlarından, İtaliya yığmasının son nəticələrindən, Ronaldo ilə Messinin müqayisəsindən və başqa məqamlardan danışıb.

- Karyeranızı bitirəndən sonra “Los Anceles Qalaksi”də qalaraq oyunçuların inkişafı üzrə məşqçi olmağa qərar verdiz. Klubda gördüyünüz iş barədə ətraflı danışa bilərsizmi?
- Konkret üzərimə düşən vəzifədən başqa mən bir növ burda praktika keçirəm. İdman menecmenti baxımından kluba yardım etmək istəyirəm. Mənə ehtiyac olanda bəzi mövzular barədə fikrimi ortaya qoyuram. Eyni zamanda futbol oynadığım dönəmdə əldə etdiyimi əlaqələr və dostluqlar sayəsində də “Los Anceles Qalaksi”yə yardım edirəm. Fərqli sahələrdə çalışan həmkarlarımla görüşürəm, eləcə də kommersiya məsələlərində təcrübə toplamağa çalışıram. Burda hər şey çox yüksək səviyyədə təşkil olunub. Ona görə də belə desək, ikinci həyatımda inkişafa nail olmaq üçün əlimdən gələni edirəm.

- Futbolla vidalaşandan dərhal sonra yeni işə başlamaq çətin olmadımı?
- Belə dəyişikliklər heç vaxt asan olmur. Amma bilirsiz, insan daxilində artıq birdəfəlik siqareti atacağına qərar verəndə ona bir qədər asan olur. Mənim də son illərdə beynimdə bu ideya dolaşırdı. Düzdü, klub mənim daha bir müddət futbolçu kimi davam etməyimi istəyirdi. Amma hiss edirdim ki, artıq həyatımda dəyişiklik etməyin tam zamanıdı. Ona görə də son günə qədər yaşıl meydandan həzz alaraq yüksək səviyyədə karyeramı bitirdim. Aydın məsələdi ki, həyatımın bu yaşına qədər yalnız futbol oynayan bir insan kimi mənə asan olmayacaqdı. Amma dediyim kimi, belə şeylərə daxildən hazırlaşanda asan olur. Yeniliklərə açığam. Futbol dünyasını fərqli cür kəşf etmək üçün çox motivasiyalıyam. Hələ ki, futbol oynamaq üçün darıxmıram. Çünki yeni sahədəki işimə marağım gündən-günən artır.

- Son illərdə Messi başda olmaqla ulduzların gəlişi ilə MLS-in səviyyəsi artıb. Elə deyilmi?
- Əlbəttə. Turnirin inkişafı göz önündədi. Messinin bura gəlişi isə xüsusi hadisədi. Onun gəlişi ilə səviyyə və ölkədə futbola maraq birdən-birə sürətlə artdı. Məsələn, bir neçə il öncə klubların heyətində bu cür oyunçular, eləcə də onların ixtiyarında bu cür stadionlar, bazalar yox idi. Bu baxımdan böyük yol qət edilib. ABŞ-da çoxlu yeni stadion inşa edilib. Tribunaya toplaşanların sayı durmadan artır. Bu sahədə çalışan hər kəs gələcəyə böyük ümidlə baxır. Amerika idmanının mədəniyyəti bir qədər fərqlidi. Burda idman şoudu. Futbol da buna daxildi. Burda futbol təkcə 90 dəqiqəlik oyun deyil. Futbol şou kimi qəbul olunur və insanlara olduğundan daha çox şey verir.

- Ümumiyyətlə, Los Ancelesin həm idman, həm də sosial həyatını bəyənirsizmi?
- İlk gündən Los Ancelesə aşiq oldum. Buranın inanılmaz idman mədəniyyəti var. Basketbol, beysbol, futbol... Hər sahədə güclü rəqabət var. Bu şəhər uğur qazanmağa alışıb və hər il yeni uğurlar tələb edir. Bura həm də Kobi Brayantın mənəvi evidi. O burda dahi şəxsiyyətdi. Xüsusilə də ölümündən sonra. Mən bura 2022-də gəldim. İlk mövsümdəcə çempion olduq. İkinci mövsümdə isə 2-ci pilləni tutduq. Yəni futbolçu kimi balansım çox yaxşıdı. Sosial həyat baxımından da özümüz üçün tam yeni bir dünya və yeni bir mədəniyyət kəşf etdik. Ailəlikcə bura uyğunlaşmışıq. Mən də, 9 və 5 yaşında olan qızlarım da ingilis dilini öyrənmişik. Ailəlikcə yeni dostlar qazanmışıq.

- Los Anceles DÇ-2026-ya necə hazırlaşır?
- DÇ-yə qədər əslində elə də çox vaxt qalmayıb. Bura 2024-cü ildə Amerika Kubokunu, 2025-ci ildə isə 32 komandalı Klublararası Dünya Çempionatını qəbul edəcək. 2026-da Los Ancelesi dediyiniz kimi mundial, 2028-də isə Olimpiya Oyunları gözləyir. Yəni idman və futbol bu şəhərin ayrılmaz hissəsidi. Ənənəvi futbol əvvəlki illərdə burda populyar olmayıb. Amma indi yerli gənclər və yeniyetmələr futbola çox böyük maraq göstərir. Məktəblərdə uşaqların futbol oynadığını görmək mümkündü. Futbol burda həm kişilər, həm də qadınlar arasında ajiotajın yaranmasına səbəb olub. ABŞ-da futbolun bu cür sürətli inkişafını görmək həqiqətən də çox xoşdu.

- Yaxın keçmişə qayıtsaq, İtaliyanın ardıcıl iki mundialdan kənar qalması sizə necə təsir etdi?
- Şübhəsiz, ardıcıl iki DÇ-də iştirak edə bilməməyimiz içimizdə sanki bir boşluğa səbəb oldu. Bu emosional boşluğu yeni nəsil uşaqlar da yaşadı. Bu, onların həyatında bir iz buraxacaq. Mən özüm uşaq yaşlarımda həmişə İtaliyanı mundiallarda böyük maraqla izləyirdim. İlk uğursuzluq, yəni DÇ-2018-dən kənar qalmağımız şəxsən mənə daha pis təsir etdi. Bu, əsil şok oldu. Çünki nə vaxtsa belə bir şeyi yaşamalı olacağım heç ağlıma da gəlməzdi. İkinci uğursuzluq o qədər də ağrılı olmadı. Çünki artıq bu hissləri yaşamışdım. Həm də ondan cəmi bir neçə ay öncə AÇ-nin qalibi olmuşduq. Düzdü, qitə turnirindəki zəfər ardıcıl iki mundialdan kənar qalmağımızı kompensasiya etmir. Amma AÇ-də həqiqətən də təkrarolunmaz emosiyalar yaşadıq. Bilirsiz, bizə əvvəlcədən AÇ-də 2-ci, 3-cü pilləni tutub əvəzində DÇ-yə yollanmaq, ya da AÇ-də çempion olub əvəzində DÇ-yə yollanmamaq təklif olunsaydı, mən də, komanda yoldaşlarım da ikinci varianta üstünlük verərdik. Hərçənd belə seçimlər etmək çox çətindi. Sadəcə, anlatmağa çalışıram ki, AÇ-də əldə etdiyimiz emosiyalar Qətərə yollana bilməməyin verdiyi üzüntünü bir qədər azaltdı. Ümid edirəm ki, İtaliyanın yeni nəsli qarşıdakı AÇ-ni yaxşı keçirəcək. Bizim gənc və öyrənməkdə olan komandamız var. Favoritlər arasında deyilik. Üstəlik çətin qrupa düşmüşük. Buna baxmayaraq, uğur qazana bilərik. Bu, bir çox amillərdən asılıdı.

- AÇ-2020-dəki zəfərdən hansı xatirələriniz qalıb?
- Bizim üçün ilk gündən etibarən gərgin və maraqlı bir ay oldu. Hər şey Sardiniyada başladı. Ümumilikdə 40-45 günü bağlı məkanda birlikdə keçirməli olduq. Çünki koviddən sonrakı dönəm idi və qadağalar hələ bitməmişdi. Amma uzun müddət bir yerdə olmağımız heç birimizi psixoloji cəhətdən yormadı. Çünki komanda daxilində çox xoş və pozitiv atmosfer yaranmışdı. Finaldan sonra qaldığımız otelə yalnız səhər saat 6-da çata bildik. Təyyarədəki gecikmələrə və başqa hadisələrə baxmayaraq, həmin anların hər dəqiqəsini gülüşlə keçirdik. Nəticələrin də bunda rolu az olmadı. Amma o kollektiv həqiqətən də böyük bir ailəyə bənzəyirdi. Oyunsonrası berbekyu və yüngül çaxır içə-içə digər oyunlara baxmaq, eləcə də bir sonrakı matça hazırlaşmaq o turnirdən bizə qalan ən xoş xatirələrdəndi. Mənim üçün başqa unudulmaz an evimə qayıdandan sonra ailəmi görməyim oldu. Ailə üzvlərim, qızlarım və qohumlarım sevincdən ağlayırdı. Həmin an çox güclü emosiyalar yaşadım.

- Federiko Kyeza İtaliyanı arxasınca daşıya biləcək yeni futbolçuya çevrilə bilərmi?
- Əlbəttə. Fede “Yuventus”da olduğu kimi, yığmada da aparıcı oyunçuya çevrilməyə qadirdi. Oyunun taleyini dəyişmək potensialına malik olan futbolçulardandı. Çünki rəqib qapısı önündə fürsətlər yaxalamağı bacarır. Amma yığmada bütün məsuliyyəti yalnız Kyezanın üzərinə atmaq düzgün olmaz. Çünki bizim çox səviyyəli baş məşqçimiz və bir neçə təcrübəli futbolçumuz var. Kyezadan başqa Donnarumma, Bastoni, Barella kimi durmadan inkişaf edən oyunçularımız var.

- “Yuventus”la bağlı olan ən yaxşı anınız hansıdı?
- Qazandığım çoxsaylı qələbələri və titulları bir kənara qoysaq, “Yuventus”da ən unudulmaz anım, sözsüz, ordakı son oyunum oldu. O formanı sonuncu dəfə geydiyim gün mənim üçün çox yaddaqalan oldu. Çünki uşaqlarım və ailəm də mənim yanımda idi.

- Özünüzü gələcəkdə İtaliya futbolunda və ya “Yuventus”da baş məşqçi kimi görürsüz?

- Açığı, İtaliyaya bir də nə vaxt qayıdacağımı bilmirəm. Həyat uzundu. Karyeramı yenicə başa vurmuşam. Əlbəttə, İtaliya futbolu və “Yuventus” daim həyatımın ayrılmaz bir parçası olacaq. Ötən yay “Yuve” Los Ancelesə gələrkən onlarla birlikdə zaman keçirdim. Eləcə də İtaliya yığması martda toplanış və yoldaşlıq oyunları üçün bura gələndə də komandanın düşərgəsini ziyarət etdim. 20 il ərzində o qədər şey yaşamışam ki, onları bir anın içində silib atmaq mümkün deyil. Hər şeyi zaman göstərəcək. Bir məqam dəqiqdi ki, təmsil etdiyim komandalarla daim əlaqələrim olacaq.

- Birlikdə oynadığınız futbolçular, eyni zamanda sizə qarşı oynayanlar arasında ən güclülər kim olub?
- Birlikdə oynadıqlarım arasında ən güclülər Buffonla Krişitano Ronaldodu. Buffon, ümumiyyətlə, tarixin ən yaxşı qapıçısıdı. Ronaldoya aid hərənin bir fikri var. Hər kəsin baxış tərzindən asılı olaraq, o, tarixin ən güclü 2, 3, 4 və ya 5 futbolçusundan biridi (gülür). Bir şey dəqiqdi ki, o, əfsanələr sırasındadı. Qarşılaşdıqlarım arasında isə ən çətin rəqiblər Messi və yenə də Ronaldodu. Çoxları məndən onların hansının güclü olduğunu soruşur. Mən buna rəqabət kimi baxmıram. Onların ikisi də zirvədədi. Bunu Lebron Ceymslə Maykl Cordan arasında seçim etməyə bənzədərdim. İkisinin arasında daha çox simpatiya bəslədiyim, təbii ki, Kriştianodu. Çünki onunla komanda yoldaşı olmuşam. Amma hər ikisi o dərəcədə güclüdü ki, onlardan birini seçmək mümkün deyil.

- Ronaldonu bir neçə sözlə xarakterizə edə bilərsizmi?
- İlk növbədə çox tələbkardı və daim qalib gəlmək istəyir. Bu mentallığını da komanda yoldaşlarına aşılamağı bacarır. Kriştiano həmişə yalnız qol vurmaq, rekordlar qırmaq, qələbə qazanmaq haqda düşünürdü. Hətta indi də bunları düşünməkdə davam edir. Ronaldo məhz belədi Onu necə görürsüzsə, həyatda da o cürdü. Bəzən bir insanı şəxsən tanımadan onun haqda müəyyən fikir formalaşır. Ronaldonun ən xırda detallara qarşı diqqətcil olmasını da xüsusi vurğulayardım. Qısası, onun kimi futbolçu ilə birlikdə 3 il top qovmaq mənim üçün böyük fəxrdi.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-01-2024, 12:0

Avropa çempionu məşqçi oldu

Dünya futbolu

22-05-2022, 20:0

“Los Anceles Qalaksi” ilə razılığa gəldi

Dünya futbolu

5-03-2023, 20:0

Kyellini MLS-də qol hesabını açdı

Dünya futbolu

14-05-2022, 15:0

“Yuventus”u tərk edib Amerikaya yollanacaq?

Dünya futbolu

22-01-2024, 10:0

Braziliyalı ulduz Türkiyənin debütantına keçir

Dünya futbolu

26-04-2022, 12:0

Kyellini millidəki karyerasını başa vuracaq

Aktual
Sinenkanın məhz zədə üzündən kənarda qalması şübhə doğurur - mətbuat katibi durumla bağlı açıqlama verdi
Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Son xəbərlər
  • Bu gün, 00:39
    40 yaşında “daha bəsdi” dedi
  • Dünən, 23:14
    Daha 5 il MY-də oynayacaq
  • Dünən, 22:13
    “Juninyo gəlsə, “yox” demərəm” – Qurban Qurbanov
  • Dünən, 21:52
    Sinenkanın məhz zədə üzündən kənarda qalması şübhə doğurur - mətbuat katibi durumla bağlı açıqlama verdi
  • Dünən, 21:39
    “Cəhd etdik, amma alınmadı” – Kurban Berdıyev
  • Dünən, 21:25
    "Qarabağ" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB
  • Dünən, 20:01
    Musa zədələndi
  • Dünən, 19:00
    "Qarabağ" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 18:23
    "Neftçi"nin şikayəti təmin edilmədi
  • Dünən, 17:23
    Dünya çempionu fikrini dəyişdi
  • Dünən, 16:40
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 16:09
    Mudrikin aqibətini İAM müəyyənləşdirəcək
  • Dünən, 15:37
    “Sabah”ın U-16 komandası da çempion oldu
  • Dünən, 15:11
    Millimiz Qazaxıstanla üz-üzə gələcək
  • Dünən, 14:58
    “Mən gələndə Çempionlar Liqasına qayıdış perspektivi kifayət qədər uzaq görünürdü“ - Karrik
  • Dünən, 14:09
    Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
  • Dünən, 13:18
    Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnir keçiriləcək
  • Dünən, 13:06
    Əliyar Ağayevin cəzası bitdi?
  • Dünən, 11:48
    Gələn mövsüm B seriyasında oynayacaqlar
  • Dünən, 11:18
    “Barselona” ilə razılığa gəldi
  • Dünən, 10:52
    “Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
  • Dünən, 10:32
    Klubunda daha bir il oynayacaq
  • Dünən, 09:57
    Bir ildən sonra A seriyasına qayıtdılar
  • Dünən, 00:13
    “El Klasiko”da görünməyəcək
  • 3-05-2026, 23:0
    Londondan Mançesterə yollana bilər
  • 3-05-2026, 23:0
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • 3-05-2026, 23:0
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • 3-05-2026, 22:0
    “Yuventus”u tərk edəcək
  • 3-05-2026, 22:0
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • 3-05-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 3-05-2026, 21:0
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • 3-05-2026, 20:0
    Yeni təklifi müsbət cavabladı
  • 3-05-2026, 20:0
    "David Santosun zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • 3-05-2026, 20:0
    Yayda işsizə çevriləcək
  • 3-05-2026, 19:0
    Arbeloaya o da xələf ola bilər
Daha çox
Oxunub: 192
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 148
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 131
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 131
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə