Arbeloaya o da xələf ola bilər

3.05.2026 19:20 25
Dünya futbolu
“Real” rəhbərliyinin Alvaro Arbeloanı istefaya göndərməyi planlaşdırdığı hamıya məlumdu.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib.

Namizədlərin sırasına Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann da qoşulub. İspaniya mənbələrinə görə, o, “Real”da işləmək perspektivinə müsbət yanaşır. Lakin Naqelsmann milli komandadan yalnız bu il keçiriləcək dünya çempionatından sonra ayrılmağa hazır olacaq.

Bir neçə gün əvvəl baş məşqçi vəzifəsinə Joze Mourinyonun da gətirilə biləcəyi haqda xəbərlər yayılmışdı. Lakin “Benfika”nın çalışdırıcısı İspaniya klubundan təklif almadığını bildirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul