• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

3-05-2026, 21:0

"Oyunçularımı təbrik edirəm. Bizə dəstək olan azarkeşləri də təbrik edirəm. Düzdür, çempion olmaq xəbəri gəldikdən sonra bu oyuna köklənmək bir qədər çətindi. Yenidən özündə güc tapmalısan. Bu da bir qədər çətindi. Çünki bu oyunun nə qədər olmasa da, əhəmiyyəti itir, turnir cədvəli baxımından əhəmiyyət kəsb etmir. Amma futbolçularıma təşəkkür edirəm. Onlar özlərində güc tapdı, meydana motivasiyalı şəkildə çıxdılar. Həqiqətən də göstərdilər ki, biz layiqli şəkildə çempion olmuşuq. Çox xoşbəxtəm. "Şamaxı" çox yaxşı komandadı. Yaxşı oynayırlar. Bu cür komandaya 3 qol vurmaq asan deyil. Hər iki hissədə qol fürsətlərimiz oldu ki, onlardan istifadə edə bilmədik. Oyunun böyük hissəsini dominant kimi keçirdik. Futbolçularıma peşəkar davranışlarına, loqoya hörmətinə görə hər birinə təşəkkür edirəm. Hər biri ən yaxşı sözlərə layiqdi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli premyer-liqasının 30-cu turunun “Şamaxı”ya qarşı görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Bundan əvvəl çalışdığınız klublar çempionluğu əvvəl də yaşamışdı. Amma "Sabah"da bunu ilk dəfə etdiniz. Yəqin ki, fərqli hisslər yaşayırsız?
- Bu, mənim üçüncü çempionluğumdu. Litvada və Bolqarıstanda çempionluq yaşamışam. Xorvatiya və Bolqarıstanda kubok qazanmışam. Bu, mənim ən böyük nailiyyətlərimdən biridi. "Jalqris" və "Ludoqorets"ə də hörmətlə yanaşıram. Orda çempionatda mütləq qalib gəlməlisən. Amma bizim bu cür klubla, bu cür yanaşmamızla əldə etdiyimiz uğur həqiqətən böyükdü. Yanlış xatırlamıramsa, artıq 9 ay olar ki, biz uduzmuruq. Çoxlu qollar vurmuşuq. Onu da qeyd edim ki, Azərbaycan çempionatı güclüdü. Yaxın müddətdə daha da inkişaf edəcəyini düşünürəm. Çempionlar Liqasında pley-off oynamış komandanı keçərək çempion olmaq böyük nailiyyətdi. "Sabah" ailəsinə təşəkkür edirəm. Təmizlik işçisindən prezidentimizə qədər minnətdaram, bu nailiyyətdə toxunuşu olan hər bir adama təşəkkür düşür.

- Avrokuboklara gedəcək Azərbaycanın 4-cü komandası "Sabah"dan asılıdı. "Sabah" - "Zirə" matçı haqda nə fikirləşirsiz? Çempion olduğunuza görə, hansısa rahatlıq olmayacaqki?
- Nəyə görə bizdən asılıdı? Bəlkə "Zirə"dən asılıdır.

- "Qarabağ" 2-ci yeri tutsa, "Zirə" kuboku qazanarsa, Ağdam təmsilçisi Konfrans Liqasına yollanacaq...
- Onun bizimlə nə əlaqəsi var ki? Kubok bir oyundan ibarətdi. Kim daha yaxşı çıxış edəcək, daha az səhvə yol verəcəksə, qalib olacaq. Nə bizim üçün, nə "Zirə"nin oyunçuları, baş məşqçisi üçün kimin 2-ci və ya 3-cü, ya 4-cü yeri tutacağı, önəmli deyil. Hər kəs meydana çıxaraq, işini görəcək. Bizim üçün kubok çox önəmlidi. Tarix yazmaq niyyətindəyik. Biz meydana çıxarkən, başqa şeyləri düşünməyəcəyik. Kimlər final görüşümüzdən xeyir əldə edə bilər, kim hara gedə bilər, bu, bizim üçün önəmli deyil. Biz meydana çıxacağıq ki, kuboku qazanaq.

- Bu gün debüt edən Cəfər Muxtarov haqda fikriniz necədir? Onu heç 2-ci liqa klubları da komandaya götürmək istəmirdi, amma bu gün siz ona karyerasında böyük şans verdiniz...
- Onun bizim əsas komandamıza qoşulması qəribə oldu. Milli komandalara görə yaranmış fasilədə bizə əvəzedici heyətdən gələrək məşqlərə qoşuldu. Gördüm ki, onun çox yaxşı keyfiyyətləri var, topa yaxşı nəzarət edir. İlk ötürməsi də çox yaxşıdı. O, bizim məşqlərə çox uyğun gəldi. Komanda olaraq daha çox top saxlayırıq, önə oynayırıq. Onda da bu keyfiyyətlər var idi. Oktyabrdan bu yana bizimlə məşq edir. Düzdü, meydanda çox dəqiqə əldə etməyib. Amma bu gün ona dəstək olmağa çalışdıq. Məşqlərdə iştirak edən oyunçularımızın uğurumuzda toxunuşu var idi. Ona görə bu gün də biz onlara həmin mükafatı verdik. Debüt etməyə layiq idilər. Bizim kimi çempion olan komandalarda standartlar çox yüksək olur, rəqabət yüksəkdi. Bəzən oyunçular çox məşq etsələr də, onlara fürsət verməyə imkan olmur. Cəfər Muxtarov da daxil olmaqla bu cür oyunçular eqolarını komanda üçün tərk edirlər. Əllərindən gələni edirlər ki, məşqimiz çox yüksək səviyyədə keçsin. Cəfər Muxtarov milli komanda da nəzərdən keçirməlidi. Komandalar daha çox topa nəzarət etmək istəyiriksə, bu cür oyunçulara önəm vermək lazımdı. Açar ötürmələr verir. Gələcək nəyi göstərər, deyə bilmərəm. Amma o, bu gün oynamağa layiq idi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-02-2026, 19:0

"Ölkə futbolu ancaq “Qarabağ”dan aslı deyil" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

31-01-2026, 20:0

"Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

13-12-2025, 19:0

"İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız?" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

11-04-2026, 23:0

"Bu gün bizim günümüz deyildi" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

31-08-2025, 21:0

"Belə olacağını gözləmirdik" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

29-11-2025, 17:0

"Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı" - Valdas Dambrauskas

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə