• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Braqa”nın işi bitdi, yoxsa Bakıya qaldı? - KÖŞƏ

Manşet / Yazarlar

19-02-2024, 09:0

Allah eləməmiş, “Qarabağ” məhz qol çatışmazlığına görə 1/8 finala adlaya bilməsə, mən nə Morten Kroqun iki qolu VAR-la təsdiqlətməsini, nə Mateus Silvanın mənasız penaltisini, nə də bu duellə bağlı hansısa başqa məqamı xatırlayacam.

Yada düşən yalnız Nəriman Axundzadənin 90+7-ci dəqiqədə ideal şansı naşıcasına qaçırması olacaq. Axı Juninyo 65-ci dəqiqədə gənc azərbaycanlı həmkarına belə epizodlarda necə davranmağın lazım gəldiyini göstərmişdi. Nəriman böyük səhvə yol verdiyini anladı, ağladı, Qurban Qurbanovun üzünə baxmamaq üçün gizləndi və “Qarabağ” səfərdən 5:2 ilə dönməli olduğu halda, 4:2 ilə kifayətləndi.

Amma nə yaxşı ki, fevralın 15-nin yeganə qanqaraldıcı məqamı budu. Yoxsa o geçə çox parlaq, çox möhtəşəm, çəkinmədən deyirəm ki, cahanşümul alındı. Azərbaycan çempionu Portuqaliyanın 4-cü nəhənginə dağ çəkdi, oyundan əvvəl imkanlarını çox aşağı qiymətləndirən dünya idman mediasının yanağına da yüngülcə sillə vurdu.

Əlbəttə, 4:2 ilə 4:1 və 5:2 arasında fərq böyükdü. Bu işi məhz Braqada bitirmək, 1/8 finala vəsiqəni faktiki rəsmiləşdirmək olardı. Ancaq mən oyunla bağlı danışanda yalnız bu məqamın, yəni nəticənin üzərində dayanmağın da əleyhinəyəm. Əsas odu ki, indi biz növbəti mərhələyə vəsiqəyə daha yaxınıq, ən azı 55-in 45-ə nisbətində. Niyə belə düşünürəm?

“Qarabağ” və Qurban Qurbanov “Braqa” mifini dağıtdı. Burda ən müxtəlif amillərin rolu var: ağdamlıların rəqibi çox yaxşı incələməsindən tutmuş portuqaliyalıların bizimkiləri yetərincə dəyərləndirməməsinə, danimarkalı referinin gerçəkdən ədalət nümunəsi olmasına qədər. Futbolun yazılmamış qanunlarından daha biri növbəti dəfə yaşıl meydanda əksini tapdı. Oyunu pulu və baha oyunçuları çox olan yox, qələbəni daha çox arzulayan, meydanda hər cür fədakarlığa hazır olan komanda qazanır. Srağagün o komanda “Qarabağ” idi, “Braqa”nı silib-süpürən, Misli premyer-liqasının ortababı səviyyəsinə endirən, 54-69-cu dəqiqələr aralığındakı oyunu ilə özünü yox, “Real”ı xatırladan “Qarabağ”!

Azərbaycan klub futbolunda, çempionatımızda gerçək rəqabətin olmadığı bu gün hər kəsə bəlli həqiqətdi. “Qarabağ” ən yaxın rəqibi “Sumqayıt”ı 16, əzəli rəqibi “Neftçi”ni 19 xal qabaqlayır, necə deyərlər, oynaya-gülə çempionluğa doğru addımlayır. Başqa klubların xətrinə dəyməsin, ağdamlılar bəzən rəqibləri ilə sanki “siçan-pişik” oynayır, Qurbanov çempionat oyunlarını eksperiment və rotasiya meydanına çevirir, həmkarlarını bir-birinin arxasınca istefaya göndərir, Şahin Diniyev yarızarafat-yarıgerçək oyundan əvvəl ona deyir ki, məni də göndərəcəksənmi... Bir sözlə, ölkədaxili yarışlarla bağlı hər şey aydındı.

Amma indi oxucunu maraqlandıran ən önəmli sual ölkə daxilində titulların kimə qismət olacağı deyil. Bir sabiq azarkeş kimi onların hər birinin yalnız və yalnız “Braqa” ilə cavab görüşününün həyəcanını yaşadığı, gündə ən azı 10 dəfə “bu iş bitdimi” sualını qəlbinin dərinliklərində çək-çevir etdiyi mənə gün kimi aydındı. Mənə elə gəlir ki, bitməyib və hər şey Bakıda bəlli olacaq. “Braqa” artıq meydana arxayın çıxmayacaq, rəqibin gücünün fərqindədi, üstəlik zədəli Orta ilə Brumadan birinin də meydana çıxmaq ehtimalı var. Sadəcə, ən önəmli məqam odu ki, biz artıq “Qarabağ”ın bu rəqibdən zəif olmadığına, əksinə, ilk oyundakı nəticə ilə bir addım önə çıxdığına əminik. Azarkeş – futbolçu – baş məşqçi birgəliyi ilə bu işi bitirmək, “Braqa”nı Avropa Liqasından kənara atmaq olar. Mənə elə gəlir ki, cavab görüşü həm Azərbaycan futbolu üçün hansısa mənada özünütəsdiq, özünüsübut imkanıdı. Bu şansı qaçırmaq olmaz. Qaçırsaq, mənim yadıma hər şeydən və hər kəsdən əvvəl Nəriman Axundzadə düşəcək.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

3-02-2024, 15:0

"Qarabağ"ın "Braqa" ilə oyunlar üçün iştirak ərizəsi - SİYAHI

Premyer-liqa / Reportaj

27-11-2023, 12:0

“Qarabağ” Norveç səfəri ərəfəsində zirvəyə qayıtdı - REPORTAJ

Ölkə futbolu / Manşet

11-09-2023, 17:0

“Qarabağ” üçün transfer mövsümü bitib

Dünya futbolu

24-01-2024, 11:0

“Qarabağ”ın rəqibi Portuqaliya Liqa Kubokunda finala yüksəldi

Aktual / Avropa Liqası

17-02-2024, 20:0

“Oyunun ab-havasını nəzərə alsaq, hakimlik çox yüksək səviyədəydi” - Fariz Yusifov Kroqun qərarlarından razıdı

Reportaj / Avropa Liqası

26-08-2023, 16:0

“Qarabağ” səfərdə möhtəşəm qələbə qazandı - REPORTAJ

Aktual
Adil Şükürov üçün məşqçilik başa çatdı? - akademiya rəhbəri planlarını açıqladı
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Son xəbərlər
  • Dünən, 23:50
    "Bütün futbolçuların fiziki durumu qənaətbəxşdi" - Yuri Vernidub
  • Dünən, 23:07
    Adil Şükürov üçün məşqçilik başa çatdı? - akademiya rəhbəri planlarını açıqladı
  • Dünən, 22:40
    “Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
  • Dünən, 22:17
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:32
    “Rəqibin ötən mövsümdəki 6-7 oyununu izləmişik” - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 21:20
    "Neftçi" "Partizan"a da uduzdu
  • Dünən, 20:39
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 19:21
    "Sumqayıt"ın rəqibləri bilindi
  • Dünən, 18:50
    "Bu dəfə daha yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 18:30
    "Qarabağ" azarkeşləri üçün şad xəbər - ciddi problem aradan qalxdı!
  • Dünən, 18:10
    Dünya çempionatının antirekordçusu oldu
  • Dünən, 17:39
    Salah üçün növbəti mükafat
  • Dünən, 17:08
    Səudiyyə Ərəbistanı klubunda yeni təyinat
  • Dünən, 16:40
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:42
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 15:23
    Niderlandda qərar tutdu
  • Dünən, 15:11
    “Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
  • Dünən, 14:40
    Tural Qurbanov Konfrans Liqası matçını idarə edəcək
  • Dünən, 14:19
    Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
  • Dünən, 13:58
    Mbappe yenidən liderliyə yüksəldi
  • Dünən, 13:27
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 12:57
    Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
  • Dünən, 12:26
    Qol vurduğu üçün fikrini dəyişdi
  • Dünən, 11:55
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:34
    Millimizin seçmə mərhələ heyəti açıqlandı
  • Dünən, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Dünən, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Dünən, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Dünən, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Dünən, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • 5-07-2026, 23:0
    Romadan Milana üz tuta bilər
  • 5-07-2026, 23:0
    Paytaxt klubunu tərk edəcək
  • 5-07-2026, 23:0
    Fransaya qayıtmayacaq
  • 5-07-2026, 22:0
    Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! - başqa klubla anlaşıb?
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 190
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 140
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə