• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz” üçün bayram bitdi? - KÖŞƏ

Manşet / Yazarlar

14-02-2024, 15:0

Adil Şükürovun gəlişindən sonra “Kəpəz”in həm oyununda, həm də nəticələrində dəyişiklik var. Bunu danmaq ədalətsizlik olardı. Mən Azər Məmmədov haqda hansısa mənfi fikir söyləmək fikrində deyiləm. Amma onun rəhbərlik etdiyi komandanın qeyri-sabit çıxış etməsi, məğlubiyyətləri sıralaması hamının gözünün önündə idi. Maraqlısı o idi ki, Gəncə təmsilçisi doğma meydanda xüsusilə uğursuz çıxış edir, səfərdə isə nisbətən inamlı görünürdü. Belə fikirlər səsləndirilirdi ki, doğma meydanda keçirdiyi oyunlar zamanı azarkeşlər komandaya təzyiq göstərir, futbolçuların öz oyununu sərgiləməsinə imkan vermir. Bu mənada Adil Şükürovun durumu bir qədər fərqlidi.

Artıq “Kəpəz” Qəbələni özünə ev seçib, rəqiblərini orda qəbul edir. Düzdü, Gəncə ilə Qəbələnin arazı elə də uzaq deyil. Amma heç də hər azarkeşin “Kəpəz”in oyunları zamanı müəyyən məsafəni qət edib, Qəbələyə yollanmaq imkanı yoxdu. Lap elə klub rəhbərliyi səfər üçün nəqliyyat vasitəsi təşkil edib, azarkeşləri səfərə pulsuz aparsa da, heç də hər kəsin zaman ayırıb, Qəbələyə yollanmaq imkanı olmaya bilər. Bütün bunları nəzərə alanda “Kəpəz”in yersiz azarkeş təzyiqindən qurtulduğunu əminliklə söyləyə bilərik. Hamımıza məlumdu ki, Gəncə futbolu Azərbaycan reallıqlarında yetərincə mürəkkəb özəlliklərə sahibdi. Gəncəlilər futbolu sevsə də, ondan yaxşı baş çıxarsa da, Gəncədən olmayan futbolçuları və mütəxəssisləri o qədər də doğma qəbul etmir. Orda müəyyən qruplaşmalar var ki, ən xırda uğursuzluq halında gəlmə məşqçiyə təzyiq göstərməyə başlayır, onu istefaya səsləyirlər. Necə ki, az qala “Kəpəz”də işləmiş məşqçilərin hamısı bu cür təzyiqdən sonra yola salınıb.

Futbol həyatı belədi. Birinin xoşbəxtliyi digərinin bədbəxtliyi üzərində qurulur. Azər Məmmədov üçün də “Kəpəz”lə “yürüdüyü yol”un sonu “Qarabağ”la oyundan sonra çatdı. “Köhlən atlar” gəncəlilərə rəhm etmədi, 90 dəqiqənin sonunda tabloda 1:7 hesabı əks olundu. Bu isə o demək idi ki, Azər Məmmədov “Kəpəz”in dərdlərinə əlac tapa bilmir. Növbəti turda “Kəpəz”i “Araz Naxçıvan”la oyuna Etibar İbrahimov çıxardı. Qəribədi ki, bir tur öncə darmadağın olan “sarı-göylər” Mərdəkanda keçirilən görüşdə azarkeşlərini qələbəylə sevindirdi. Belə çıxırdı ki, komandanın potensialı var imiş, qalırmış bu potensialdan düzgün istifadə etmək, “Kəpəz”i “qara zolaq”dan çıxarmaq. “Bir oyunluq məşqçi” Etibar İbrahimovdan sonra “Kəpəz”in baş məşqçi təyin olunan Adil Şükürov məhz bu baxımdan ciddi sınaq qarşısında idi. Heyətin yetərsiz olmasından şikayətlənsəydi, onun qarşısına “Araz Naxçıvan”la oyundakı nəticəni qoyacaqdılar. Deyəcəkdilər ki, futbolçular zəifdisə, onlar premyer-liqanın “bərk qozu” “Araz Naxçıvan”ı necə məğlub etdilər?

İnsafən, Şükürovun işləri elə də pis getmədi. “Səbail”lə qolsuz heç-heçədən sonra “Sabah”a 0:2 hesabıyla uduzan “Kəpəz” növbəti turda “Qəbələ”nin daşını daş üstündə qoymadı. Sonuncu pillədən qurtulmaq uğrunda əsas rəqib sayılan “Qəbələ” üzərində qələbə ikiqat əhəmiyyətli idi. Bunun davamında “Sumqayıt”dan da 1 xal qoparmaq mümkün oldu. Qış fasiləsindən sonra “Turan Tovuz”la “Araz Naxçıvan”ı məğlub edən Gəncə təmsilçisi “Qarabağ”la oyunda da pis görünmədi. Hətta hesabı açan tərəf də “Kəpəz” oldu. Bütün bu nəticələr həm gəncəli azarkeşləri ümidləndirir, həm də Adil Şükürova bəslənən ümidləri artırırdı. Heç də yaxşı günlərini yaşamayan “Səbail”lə oyunda da nəticə bu baxımdan vacib idi. Çünki “Kəpəz” 22-ci tur ərəfəsində 20 xalla 9-cu pillədə yer alır, “Qəbələ”ni isə 5 xal qabaqlayırdı. Xal fərqini qorumaqla “Kəpəz” bir qədər də rahat nəfəs alacaqdı. Üstəlik nəzərə almaq laızmdı ki, bu tur “Qəbələ” Tovuza səfərə yollanıb, orda yerli “Turan Tovuz”la çətin qarşılaşmaya çıxacaqdı. İndi bu ümidlər bir qədər sarsılıb, “Kəpəz”in düşərgəsində həyəcan artıb. Gəncəli azarkeşlər 5 xallıq fərqin əriməməsi üçün bu gün əzəli rəqib “Turan Tovuz”un qələbəsi üçün dua edəcəklər. Belə ki, “qırmızı-qaralar” Tovuzdan 3 xalla dönə bilsələr, “Qəbələ” ilə “Kəpəz” arasındakı xal fərqi cəmi ikiyə enəcək ki, bu da elə də böyük fərq sayılmır.
“Kəpəz”in 1:4 hesablı ağır məğlubiyyətdən sonra xal fərqinin də azalmasıyla həyəcanlacağı heç şübhə doğurmur. Hər şey bu gün keçiriləcək “Turan Tovuz” – “Qəbələ” qarşılaşmasının necə nəticələnəcəyindən asılıdı. Necə deyərlər, “Turan Tovuz”la “Qəbələ” oynayacaq, “Kəpəz”in azarkeşləri və Adil Şükürov həyəcan keçirəcək. Sonda layiq olanların sevinəcəyinə inanırıq.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa

20-11-2023, 18:0

Adil Şükürovun köməkçiləri bəlli oldu

Aktual / Premyer-liqa

14-12-2023, 14:0

Samir Abasov 1:6-nı unutdurmaq üçün "Kəpəz"ə qalib gəlməlidi – oyuna sözönü

Manşet / Müsahibə

2-01-2024, 08:0

"Bu çətin prosesdi və bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilmərik"

Premyer-liqa / Manşet

4-01-2024, 15:0

Xaliq Mərdanov Adil Şükürova inanır

Ölkə futbolu / Manşet

27-01-2024, 10:0

"Kəpəz"də yeni legioner: 31 yaşlı Yovan Krneta!

Aktual
Adil Şükürov üçün məşqçilik başa çatdı? - akademiya rəhbəri planlarını açıqladı
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Son xəbərlər
  • Bu gün, 01:08
    Kriştiano Ronaldo üçün mundial bitdi - DÇ gecəsi
  • Dünən, 23:50
    "Bütün futbolçuların fiziki durumu qənaətbəxşdi" - Yuri Vernidub
  • Dünən, 23:07
    Adil Şükürov üçün məşqçilik başa çatdı? - akademiya rəhbəri planlarını açıqladı
  • Dünən, 22:40
    “Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
  • Dünən, 22:17
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:32
    “Rəqibin ötən mövsümdəki 6-7 oyununu izləmişik” - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 21:20
    "Neftçi" "Partizan"a da uduzdu
  • Dünən, 20:39
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 19:21
    "Sumqayıt"ın rəqibləri bilindi
  • Dünən, 18:50
    "Bu dəfə daha yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 18:30
    "Qarabağ" azarkeşləri üçün şad xəbər - ciddi problem aradan qalxdı!
  • Dünən, 18:10
    Dünya çempionatının antirekordçusu oldu
  • Dünən, 17:39
    Salah üçün növbəti mükafat
  • Dünən, 17:08
    Səudiyyə Ərəbistanı klubunda yeni təyinat
  • Dünən, 16:40
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:42
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 15:23
    Niderlandda qərar tutdu
  • Dünən, 15:11
    “Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
  • Dünən, 14:40
    Tural Qurbanov Konfrans Liqası matçını idarə edəcək
  • Dünən, 14:19
    Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
  • Dünən, 13:58
    Mbappe yenidən liderliyə yüksəldi
  • Dünən, 13:27
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 12:57
    Masazır təmsilçisinin qəribə Şüvəlan seçimi... - klub rəsmisi səbəbi dedi
  • Dünən, 12:26
    Qol vurduğu üçün fikrini dəyişdi
  • Dünən, 11:55
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:34
    Millimizin seçmə mərhələ heyəti açıqlandı
  • Dünən, 11:13
    Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
  • Dünən, 10:52
    “Neftçi” bu gün “Partizan”la üz-üzə gələcək
  • Dünən, 10:31
    Bundestimin rekordu təkrarlandı
  • Dünən, 10:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 07:48
    İngiltərə də 1/4 finala vəsiqə qazandı - DÇ səhəri
  • Dünən, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • 5-07-2026, 23:0
    Romadan Milana üz tuta bilər
  • 5-07-2026, 23:0
    Paytaxt klubunu tərk edəcək
  • 5-07-2026, 23:0
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 193
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 140
Kaşkilyanın da Allahı var!
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə