“Qarabağ”ın rəqibi Portuqaliya Liqa Kubokunda finala yüksəldi

24.01.2024 11:34 217
Dünya futbolu
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Liqa Kubokunda finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Artur Jorjenin rəhbərlik etdiyi kollektiv yarımfinalda “Sportinq”i üstələyib.

Abel Ruizin 65-ci dəqiqədə vurduğu qol görüşdə yeganə olub və “Braqa” 1:0 hesablı qələbə qazanıb. Komandanın finaldakı rəqibi bu gün keçiriləcək “Benfika” – “Eştoril” görüşünün qalibi olacaq.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.