• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Respublika sarayında ümummilli liderimiz Heydər Əliyevə raport verdim” - LAYİHƏ

İdman / Layihə / Manşet

18-02-2024, 23:0

İlham Məmmədovu ölkənin cənub zonasında hamı yaxşı tanıyır.

İllərini sərbəst güləşin inkişafına vermiş, 40 ilə yaxındı Cəlilabadda güləşin inkişafına çalışan İlham müəllim növbəti müsahibimizdi.

“Respublika sarayında ümummilli liderimiz Heydər Əliyevə raport verdim”


- İlham müəllim, ilk sualda ənənəmizə sadiq qalaraq sizi oxucularımıza daha yaxından tanıtmağa çalışaq. Güləşə gəlişiniz necə oldu? İlk məşqçinizi və məşq etdiyiniz güləş məktəbini necə xatırlayırsız?
- Mən 1964-cü ildə Cəlilabad rayonunda anadan olmuşam. Güləşə gələnə qədər çox davakar uşaq idim, çılğınlığımla seçilirdim. Bizim rayonda güləş bölməsi yox idi, 1976-cı ildə yaradıldı. 12 yaşımda məktəbdə dedilər ki, Cəlilabadın mərkəzi stadionunda güləş bölməsi açılıb. Atamdan xahiş etdim ki, məni o bölməyə yazdırsın. Atam da məni 1977-ci il yanvarın 1-də stadionun idman zalındakı güləş bölməsinə yazdırdı. Beləcə güləşə ilk addımlarımı atmağa başladım. İlk məşqçim SSRİ idman ustası Ərəbxan Hətəmov oldu. Taleyin qismətidi ki, güləşlə məşğul olmağa başladığım zalda indi özüm baş məşqçi kimi çalışıram. 40 ildi Cəlilabad rayon Uşaq və Gənclər İdman Məktəbinin məşqçisiyəm. Demək olar ki, bütün ömrümü güləşə bağlamışam. SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisiyəm. Bununla yanaşı, Respublika dərəcəli hakiməm, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman xadimiyəm. Güləş Federasiyasının bizim zona üzrə nümayəndəliyində baş məşqçisiyəm. 2009-cu ildən bu vəzifə mənə həvalə olunub. Sərtbəst güləşi yeniyetmə və gənclərə sevdirməyə çalışırıq.



- Niyə məhz güləşi seçdiz? Bu idman növünü sizə sevdirən nə oldu? Bir güləşçi kimi hansı nəticələri qazana bildiz?
- Güləşi seçməyim heç də səbəbsiz deyil. Az əvvəl qeyd etdiyim kimi, güləş xarakterimə uyğun idi. Bir qədər çılğın uşaq idim, davakar kimi tanınırdım. Özümdən böyüklərlə güləşməyi sevirdim. Buna “kənd güləşi” də demək olar. Çünki biz güləş məşqlərinə getməmişdik, qaydaları, fəndləri bilmirdik. Amma hiss edirdim ki, yetərincə gücüm var. Buna görə də güləşi seçdim. 12 yaşımda güləşə gəlsəm də, ondan əvvəl klublarda kinofilmlərə baxırdıq. İran pəhləvanının - “Mazandaran pələngi”nin kinolarına da baxmışdım. Güləşi sevməyimdə bunun da rolu olub. Səmimiyyətimə inanın, güləş mənim həyatımı dəyişdi. Çılğınlığım azaldı. Atama söz verdim ki, həm yaxşı güləşçi olacam, həm də yaxşı məşqçi. Güləşə gəlişimin altıncı ayında ilk yarışa yollandım. Şamaxı şəhərində ikinci yeri tutdum. Bu məni daha da həvəsləndirdi, çalışdım ki, daha yaxşı güləşim, nəticələrimi yaxşılaşdırım. Səkkiz dəfə “Məhsul” Cəmiyyətinin birinciliyində qalib olmuşam. Qazaxıstanın o vaxtkı Şevçenko şəhərində də gümüş medal qazandım. Azərbaycan yığmasına çağrıldım, idman məktəbinə qəbul olundum. Orda məşqçim Yaqub Məmmədov oldu. Mənim zəhmətimi çox çəkib Yaqub müəllim. Sonra mənə yığmanın kapitanlığını həvalə etdilər. Məktəblilərin XVI Sptakiadasında kapitan kimi Respublika sarayında ümummilli liderimiz Heydər Əliyevə raport verdim. Raportumda söz verdim ki, Azərbaycan komandası yüksək yerlərə layiq görüləcək. 4 dəfə də SSRİ birinciliyinin iştirakçısı olmuşam, mükafatçılar sırasına düşmüşəm.



- Artıq bir mütəxəssis kimi bilik-bacarıqlarınızı yetirmələrinizə aşılayırsız. Uğurlu yetirmələrinizdən kimləri qeyd edə bilərsiz? Yetirmələrinizin hansı uğurlarını oxucularla bölüşmək istərdiz?
- Bacardığım nə varsa, yetirmələrimə öyrətməyə çalışıram. Əlimdən gələn köməyi göstərirəm ki, regionumuzun yetirmələri nüfuzlu yarışlarda uğur qazansınlar. Yetirməmiz Üzeyir Tərlanov Avropa çempionatında iki dəfə 3-cü yeri qazanıb. Elçin Babayev də Avropa birinciliyinin bürünc mükafatçısıdı. Araz Həşimov da qitə çempionatında bürünc medala layiq görülüb. Elmar İsmayılov dünya çempionatında 3-cü yeri tutmağı bacarıb. Ceyhun Ağamalıyev və Rahim Əliyev veteranlar arasında dünya birinciliyində ikinci yerə layiq görülüblər. Hazırda 10 yetirməm mənimlə çiyin-çiyinə məşqçilik edirlər. 40 ildə yetişdirdiyim tələbələrim çoxdu. Uğurlarımızın sayı-hesabı yoxdu. 2009-cu ildən 4 saylı nümayəndəliyin baş məşqçiliyi mənə tapşırılıb. Regionumuzda Cəbrayıl Həsənov kimi fəxr etdiyimiz yetirməmiz var. Bilirsiz ki, Cəbrayıl hazırda sərbəst güləş yığmamızda böyük məşqçi kimi çalışır.



- Qeyd etdiyiniz kimi, Cəlilabadda gənclərə və yeniyetmələrə güləşin sirlərini öyrədirsiz. Sizin bölgədə güləş müəllimlərini nələr narahat edir? Hansı problemlər var ki, onların həllini arzulayardız?
- Hər bir bölgədə idman məktəblərinin əsas problemi zallarla bağlıdı. Məşqçilər müxtəlif idman növlərində məcbur olur ki, zalları icarəyə götürsünlər. Bu da məşqçilərin valideynlərdən maddi asılılığına səbəb olur. İnventarlarla bağlı çətinliklər var. Adicə döşəklərlə bağlı çətinliklər yaşayırıq. Hər bir problemin həllini Güləş Federasiyasının üzərinə atmaq olmaz. Zallarımızda istilik sistemi, çimmək üçün isti su problemi var. Arzu edərdim ki, zamanla bu kimi problemlər həllini tapsın.



- Bəs indiki yeniyetmə və gənclərin idmana münasibəti, məşqlərə yanaşması necədi? İstedadlara güvənə bilərikmi?
- Şərait düzəlsə, uşaqlar zallardan əl çəkməz. Hər bir idman məktəbinin özünün həkimi də olmalıdı ki, idmançılar zədə alanda ona müdaxilə etsinlər. Bu cür xırda problemlər olmamalıdı ki, uşaqlar da məşqlərə həvəslə yanaşsınlar. İstedadlarımız yetərincədi, onlara böyük inamım var.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

11-02-2024, 23:0

Alı Ağayev: “Uşaqları pis vərdişlərdən qorumaqda idmanın rolu əvəzsizdi” – LAYİHƏ

İdman / Layihə / Manşet

28-01-2024, 23:0

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik” – LAYİHƏ

İdman / Layihə / Manşet

26-03-2023, 23:0

“Heydər Əliyev hələ o vaxt deyirdi ki, dövlətimiz güclənəcək və idmançılara qayğımız daha da artacaq” - LAYİHƏ

İdman / Layihə / Manşet

4-02-2024, 23:0

Vüsal Qarayev: “Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi” - LAYİHƏ

İdman

25-01-2024, 10:0

Ölkə çempionatının vaxtı müəyyənləşdi

İdman

24-01-2024, 17:0

Güləş üzrə U-20 ölkə çempionatı keçiriləcək

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 244
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə