Elvin də, Abbas da oyuna çıxdı!

1.05.2026 12:16 81
Ölkə futbolu / Aktual
Ötən ay əvəzedici komandaya göndərilən “Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedicilər liqasında 24-cü tur oyununda meydana çıxıb.

Evdə liderlərdən “Zirə”yə qarşı oyun 12.00-da start götürüb, hazırda “köhlən atlar” 1:0 hesabı ilə irəlidədi.

Hər iki futbolçunun performansı haqda da matçdan sonra “Football-plus.az” məlumat verəcək.

MÜZƏFFƏR QULUZADƏ