UEFA ona ağır cəza kəsdi

1.05.2026 10:52 29
Dünya futbolu
Canluka Prestianninin aqibəti müəyyənləşib. UEFA “Benfika”nın futbolçusunu ağır cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, buna onun Çempionlar Liqasının pley-offunun “Real”la ilk matçındakı (0:1) davranışı səbəb olub.

UEFA-nın yaydığı məlumata görə, 20 yaşlı argentinalı yarımmüdafiəçi oyun zamanı madridlilərin oyunçusu Vinisius Juniora qarşı ayrı-seçkilik edib və homofob ifadələr işlədib. Buna görə də Prestianni 6 oyunluq cəzaya layiq bilinib. Bu cəza yalnız avrokuboklardakı oyunlara şamil ediləcək.

Məlumatda qeyd olunur ki, 3 oyunluq cəza şərti xarakter daşıyır. Canluka növbəti 2 il ərzində intizam qaydalarını pozmasa, cəza ləğv oluna bilər. Əks halda argentinalı futbolçu daha 3 matçı buraxmalı olacaq.

UEFA həmçinin FİFA-dan qadağanı bu təşkilatın bayrağı altında keçirilən turnirlərə şamil etməsini istəyib. Bu tələb təmin olunarsa, Prestianni beynəlxalq oyunları, o cümlədən bu yay keçiriləcək dünya çempionatını buraxmaq riski ilə üzləşib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul