• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vüsal Qarayev: “Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi” - LAYİHƏ

İdman / Layihə / Manşet

4-02-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfə diqqəti güləşə yönəltmişik. Həmsöhbətimiz gəncəli güləş məşqçisi Vüsal Qarayevdi. Onunla söhbətimizdə Gəncədə güləşin vəziyyətindən, məşq şəraitindən danışdıq.

Vüsal Qarayev: “Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi”


- Vüsal bəy, ilk sualda ənənəmizə sadiq qalaraq sizi oxucularımıza daha yaxından tanıtdırmağa çalışaq. Güləşə gəlişiniz necə oldu? İlk məşqçinizi və məşq etdiyiniz güləş məktəbini necə xatırlayırsız?
- Mən 1986-cı ildə Gəncə şəhərində dünyaya gəlmişəm. Elə güləşlə məşğul olmağa da Gəncədə başlamışam, ilk müəllimim də Fərhad müəllim olub. Həmin vaxt idman məktəbində güləş məşqləri keçirilirdi. Qardaşım Vüqar Qarayev məndən iki yaş böyükdü, sərbəst güləşlə məşğul olurdu, məşqlərə gedirdi. Mən də ona qoşuldum, məşqə getməyə başladım. İki qardaş ikimiz də Fərhad müəllimin yanına gedirdik. Həmin vaxtlar idman xeyli populyar idi, gənclərin, yeniyetmələrin hər biri müxtəlif idman növləri ilə məşğul olurdu. Bizim vaxtımızda uşaqların, gənclərin həyat şəraiti, məşğuliyyəti indikindən çox fərqli idi. Həmyaşıdlarım da, mən də əsasən idmana maraq göstərirdik. Beləcə yolumuzu güləş zalından düşdü, məşqlərə başladıq. Sonradan Fərhad müəllim işdən ayrıldı, Mübariz Babayevin yanına getdik. Qardaşım hara gedirdisə, mən də onunla gedirdim. Əməkdar məşqçi Mübariz Babayev bizə güləşin sirlərini öyrədirdi, bizə bu idman növünü sevdirirdi.



- Niyə məhz güləşi seçdiz? Bu idman növünü sizə sevdirən nə oldu? Bir güləşçi kimi hansı nəticələri qazana bildiz?
- Bilirsiz ki, güləş Azərbaycanda xeyli populyar, sevilən idman növüdü. Gəncədə də güləş xeyli sevilirdi, əksəriyyət güləşlə məşğul olmaq üçün məşqə gedirdi. Dəfələrlə güləş üzrə dünya çempionu olan Habil İbrahimov bizim küçəmizdə yaşayırdı. Biz də belə güləşçilərə baxıb, həvəslənirdik. Bir növ qonşuluqda yaşayan bu cür güləşçilər bizim kumirimiz idi. Amma dövr olaraq xeyli çətin dövrlərdən keçmişik. Birinci Qarabağ müharibəsindən sonrakı illər xeyli çətin vaxtlar idi. Mən 1994-96-cı illəri nəzərdə tuturam. Yarışlara getmək, turnirlərə qatılmaq o qədər də asan deyildi. Buna görə də yarışlara getmək, uğur qazanmaq şansım elə də çox olmadı. Məcburiyyətdən işləyirdim. Eyni zamanda da həftədə üç dəfə güləşə gedirdim. Sonradan da dizimdən zədə aldım, buna görə də güləşməyi dayandırdım. Hərbi xidmətə yollanmaq vaxtım çatmışdı. Hərbi xidmətə yollandım, ordan qayıtdıqdan sonra isə Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi fakültəsinə daxil oldum. Oranı bitirdikdən sonra güləş müəllimliyinə başladım. Doğma Gəncədə güləş məşqlərinə start verdim.



- Artıq bir mütəxəssis kimi bilik-bacarıqlarınızı yetirmələrinizə öyrədirsiz. Uğurlu yetirmələrinizdən kimləri qeyd edə bilərsiz? Yetirmələrinizin hansı uğurlarını oxucularla bölüşmək istərdiz?
- Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi. Çox az adam olur ki, məşqçiliyə başlayandan iki il sonra nəticə verirsən. Amma mən bunu bacarmışam. Eltun Tağıyev mənim ilk Azərbaycan çempionumdu. Mən iki ilə Azərbaycan çempionu yetişdirdim. Eltun ilk çempionluğundan sonra daha bir neçə dəfə Azərbaycan çempionu olmağı bacardı. Sadəcə, həmin vaxt o yaş qrupunda Avropa çempionatı yox idi, ona görə də Eltun qitə çempionatına gedə bilmədi. Sonradan Eltunun çiynində zədə səbəbindən ağrılar yarandı. Gənclər arasında Azərbaycan üçüncüsü olandan sonra güləşə davam edə bilmədi. Hazırda Eltun Naxçıvanda hərbi xidmət keçir. Digər tələbələrimdən Həsən Əliyev Azərbaycan çempionu olub, İbrahim Əliyev dəfələrlə Azərbaycan birinciliyində gümüş mükafat qazanıb. Bunlar mənim uğur qazanan ilk tələbələrimdi. Ruslan Quliyev isə bürünc mükafatçı olub. Rəşid Şirinbəyli də yaxşı nəticələr verən yetirmələrimdəndi. Salman Quluyev, Fərhad Hüseynzadə də istedadlı güləşçilər sırasındadı. Ziya Göyüşov çimərlik güləşində böyük uğurlar qazanıb. Belə ki, Ziya güləşin bu növü üzrə 2022-ci ildə Azərbaycan birincisi olduqdan sonra 60 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu adını qazandı. Ən böyük uğurumu isə Camal Abbasovla qazanmışam. Camal 2022-ci ildə 17 yaşlılar arasında güləş üzrə Avropa çempionu olmağı bacarıb. Bu uğurun davamını gözləyirik. Bir il sonra isə Avropa çempionu olmaqla yanaşı, dünya birinciliyində bürünc medala layiq görüldü. Abbasov cəmi 17 yaşında Azərbaycan birinciliyində kişilər arasında üçüncü yeri tutub. Camal məktəblilər arasında da dünya çempionu adını da qazanıb. Mənimlə birlikdə Adil Əliyev, Ramin Nəsibov da çalışır. Birlikdə güləşimizə xidmət edirik. Biz işimizi birlikdə qurmuşuq.



- Qeyd etdiyiniz kimi, Gəncədə gənc və yeniyetmələrə güləşin sirlərini öyrədirsiz. Gəncədə güləş müəllimlərini nələr narahat edir? Hansı problemlər var ki, onların həllini arzulayardız?
- Mən 2023-cü ildə bu regionun güləş üzrə baş məşqçisiyəm. 7 saylı nümayəndəlikdə Qərb bölgəsində bu etimada layiq görülmüşəm. Bizim əsas problemimiz zalların azlığıdı. Hazırda bizim üçün yeni baza tikilir. İnşallah, gələn ilə təhvil verilməlidi. O məktəbin açılışını səbrsizliklə gözləyirik. İnanırıq ki, bu açılışdan sonra zallarla bağlı problem aradan qalxacaq. Bir qədər də idmançıların maddi vəziyyəti aşağıdı. Onlara köməklik edilsə, yaxşı olar. Biz bölgə olaraq təlim-məşq toplanışları keçirməyi arzulayırıq. İstəyirik ki, bölgədəki güləşçilər bir yerə toplaşsın, birlikdə hazırlıq keçək. Bunun üçün şərait olsa, çox yaxşı olar.



- Bəs indiki yeniyetmə və gənclərin idmana münasibəti, məşqlərə yanaşması necədi? İstedadlara güvənə bilərikmi?
- Bizim işimizin əsas qayəsi yetirmələrimizi dünya səviyyəli yarışlara hazırlamaq, orda yaxşı nəticələr qazanmaqdı. Tələbələrimizdən də çox razıyam. Onlar çalışırlar ki, tapşırıqlarımızı canla-başla yerinə yetirsinlər. Gəncədə də güləş çox sevilir, bu idman növünə şəhərimizdə axın çoxdu. Hər kəs böyük həvəslə, çempion olmaq arzusuyla məşqə gəlir, məşqini edir. Əminəm ki, bu zəhmətin də bəhrəsini görəcəyik.



AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

28-01-2024, 23:0

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik” – LAYİHƏ

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

İdman / Layihə / Manşet

5-02-2023, 23:0

Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İdman / Layihə / Manşet

8-10-2023, 23:0

Əməkdar məşqçi Rizvan Səfərov: “Çətinliyi göz önünə alır, ona qalib gəlmək üçün çalışıram” - LAYİHƏ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə