• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Heydər Əliyev hələ o vaxt deyirdi ki, dövlətimiz güclənəcək və idmançılara qayğımız daha da artacaq” - LAYİHƏ

İdman / Layihə / Manşet

26-03-2023, 23:0

Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il sentyabrın 29-da imzaladığı sərəncamla ölkəmizdə ümummilli lider Heydər Əliyevin yubileyi qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin böyük rolu təkcə Azərbaycanın ictimai-siyası həyatında yox, həm də idman həyatında hiss edilib. Bir çox idman adamı Heydər Əliyevlə görüşlərini indi də xoş duyğularla xatırlayır, bu haqda həvəslə danışırlar.

Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri Qərib Əliyev də belə idman adamlarından biridi. Onunla söhbətdə bir çox maraqlı məqama toxunduq, xatirələri vərəqlədik.

- Qərib müəllim, idman ictimaiyyəti arasında yetərincə tanınırsız. Amma istərdim ki, oxucularımıza bir daha özünüz haqda məlumat verəsiz. Güləşə gəlişiniz, hakimliyə başlamağınız necə oldu?

- Mən 1957-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, fəxri bədən tərbiyəsi və idman işçisi, “Tərəqqi” medallı əməkdar bədən tərbiyəsi və idman xadimi kimi fəxri adların daşıyıcısıyam. 1978-ci ildən bu günə kimi Sumqayıt şəhərində məşqçi-müəllim kimi çalışıram.

“Heydər Əliyev hələ o vaxt deyirdi ki, dövlətimiz güclənəcək və idmançılara qayğımız daha da artacaq”


Güləşə 1970-ci ildə SSRİ-də tanınan əməkdar məşqçi Vaqif Əliyevin rəhbərliyi altında başlamışam. Güləşə gəlməyimdə sinif yoldaşım Əfqan Əsədovun böyük rolu olub. Bir gün o mənə dedi ki, Sumqayıt çempionu adını qazanıb. Güləş zalı da evimizin yaxınlığındaydı. Onunla zala getdim, məşqə baxdım. Məndə böyük həvəs yarandı. Əfqana dedim ki, məşqçidən məni güləşə yazdırmağı xahiş etsin. Məşqçi də icazə verdi.



Beləcə güləşlə məşğul olmağa başladım. Hərbi xidmətə qədər məşğul oldum. Sonra da Sumqayıtdakı zavodların birində işləməyə başladım. Gördüm ki, güləşə olan marağım məni başqa sahəyə yönəlməyə qoymur. Yenidən məşqçimizdən xahiş etdim ki, məni işə götürsün. Məşqçimiz də məni davamçısı kimi gördüyünü dedi, mənə inandığını, bu işin öhdəsindən gələ biləcəyimi vurğuladı.



Bir gün məşqçimiz bizi azyaşlıların yarışını təşkil etməyə kömək göstərməyə çağırmışdı. Mən həmin yarışa qardaşım Tahir Əliyevi də gətirdim. Məşqlərdə nə öyrənmişdimsə, evdə onu qardaşlarıma da öyrədirdim. Qardaşım çempion oldu. Vaqif müəllim dedi ki, səni təbrik edirəm, sənin tələbən mənim tələbələrimin hamısına qalib gəldi.



1978-ci ildə Sumqayıtda “Neftçi” İdman Cəmiyyətinin nəzdində məktəb açıldı, Vaqif müəllim ora rəhbər təyin edildi. Mən isə onun yerində məşqçi-müəllim kimi çalışmağa başladım. Tələbələrim arasında SSRİ birinciliyinin gümüş mükafatçısı, dünya və Avropa çempionatlarında qalib gələnlər var. Məşqçiliyə parallel hakimlik də etmişəm. 1988-ci ildə Respublika dərəcəli hakim adına layiq görülmüşəm. Dövlətimiz müstəqilliyini bərpa edəndən sonra isə beynəlxalq dərəcəli hakim adını qazanmışam. 1994-cü ildən 2017-ci ilə qədər ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmişəm. Mənim hakimliyim haqda mənfi rəy olmayıb, narazılıq eşidilməyib. 2017-ci ildə hakimliklə vidalaşanda Polşada Beynəlxalq Güləş Federasiyasının rəhbərliyi məni təntənəylə yola saldı. 2018-ci ildən bu günə kimi Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri vəzifəsində çalışıram. Bilik və təcrübəmi gənclərlə bölüşürəm.



- Bilirsiz ki, bu il Azərbaycanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Siz Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı rolunu, eləcə də bir dahi şəxsiyyət kimi Azərbaycanın həyatındakı yerini necə qiymətləndirirsiz?

- Hamıya məlumdu ki, Heydər Əliyev hakimiyyəti dövründə bütün sahələri öz diqqətində saxlayır, qayğı göstərirdi. O cümlədən də idmanı. Ümummilli liderimiz üçün idman çox vacib sahə idi. Deyirdi ki, sağlam bədəndə sağlam ruh olar və bugünün idmançısı sabahın əsgəridi. Təsadüfi deyil ki, məhz onun qayğısı ilə idmançılarımızın ailə-məişət problemləri həll edilirdi. İdmançıların işlə təmin olunmasını diqqət mərkəzində saxlayırdı. Bu gün Azərbaycanda bütün sahələr inkişaf edir. Qeyd edilir ki, dövlətimiz Heydər Əliyevin şah əsəridi. Hər bir sahədə onun gördüyü işlər göz qabağındadı. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi də idmanımızın inkişafına təkan verdi. Bu da Heydər Əliyevin uzaqgörən siyasəti idi. Özüm də Heydər Əliyevlə iki dəfə görüşmək şərəfinə nail olmuşam. Buna görə də çox xoşbəxtəm.

- Qeyd etdiz ki, mərhum prezidentlə iki dəfə görüşmüsüz. İstərdik ki, o görüşlərdən danışaq. Bu görüşləri necə xatırlayırsız?

- İlk görüşümüz 1995-ci ildə Prezident Aparatında oldu. İkinci görüşümüz isə bundan bir il sonra “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin akt zalında idman ictimaiyyəti ilə geniş tərkibli görüşdə gerçəkləşdi. Birinci görüşdə o vaxtkı möhtərəm prezidentimiz yüksək nəticə göstərən idmançıları və onların məşqçilərini qəbul etmişdi. Mənim yetirməm Ruslan da dünya birinciliyində ikinci yerə çıxmışdı. Prezident bizi qəbul etdi.



Yenicə müstəqilliyimizi bərpa etmişdik. Görüşdən sonra Heydər Əliyev dedi ki, sizə kiçik hədiyyəm var, sonradan özünüz də hiss edəcəksiz ki, dövlətimizin gücü artdıqca idmançılara olan qayğı da artacaq. Elə onun dediyi kimi də oldu. Özümdə də bunu hiss etdim.



İdmanda göstərdiyim yüksək nailiyyətlə görə müzəffər ali baş komandanımız İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə, əməkdar bədən tərbiyəsi xadimi adı ilə təltif edildim, 2019-cu ildə mənə Bakı şəhərində üçotaqlı mənzil hədiyyə verildi. Bu gün uğur qazanan idmançılarımızın hamısını İlham Əliyev şəxsən tanıyır. Bunun özü də idmançılara böyük diqqət və qayğı deməkdi.



Biz yarışlara gedəndə başqa ölkələrin təmsilçiləri bizə həsəd aparırlar. Deyirlər ki, siz xoşbəxtsiz, sizi dövlət başçısı qəbul edir, mükafatlandırır.

- Sonda güləşimizin hazırkı vəziyyətini necə qiymətləndirirsiz? Güləşimizin bugünü haqda fikirləriniz necədi?

- Əlbəttə, Azərbaycanda güləş milli idman növü sayılır. Müstəqilliyimizi bərpa edəndən sonra güləşdə saysız-hesabsız uğur qazanmışıq. Güləşçilərimiz komanda yarışlarında həmişə ilk üçlükdə olur. Həm sərbəst, həm də yunan-Roma güləşçilərimizin böyük qələbələri var. Özü də yeniyetmə və gənclərimiz bu qələbələri qazanır, gələcəyə ümid edir. Bu ənənə sona qədər davam edəcək. Buna əminəm. İnşallah, güləşçilərimiz daha böyük uğurlar qazanacaqlar.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

4-05-2022, 13:0

Türkiyə millisi Azərbaycanda

İdman

4-05-2022, 22:0

Moldova yığması Azəbaycana gəldi

İdman

1-02-2023, 12:0

Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşib

İdman / Layihə / Manşet

12-03-2023, 23:0

Yelena Parxomenko: “Bu zaman Heydər Əliyev özünün də bir vaxtlar voleybolla məşğul olduğunu dedi” - LAYİHƏ

İdman

9-05-2022, 16:0

Həndbol üzrə rayon turnirinə start verildi

İdman

29-12-2022, 18:0

"İli uğurla və sabaha inamla başa vururuq" - Nazir

Aktual
“Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
İnqilab Məmmədov 2-ci liqada da qalmaqalla üzləşdi! – 4 qırmızı, 12 sarı vərəqə, dava-dalaş
“Neftçi” növbəti 1:5-dən qaçmaq üçün nə etməlidi? – yollar da var, adlar da!
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
“Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
“İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
Son xəbərlər
  • Bu gün, 01:07
    “Atletiko” - “Arsenal” oyununda qalib müəyyənləşmədi
  • Dünən, 23:42
    “Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
  • Dünən, 23:19
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:49
    "Şəfa" xal itirdi, "Mingəçevir" yenidən ikinci sırada
  • Dünən, 22:16
    MS-ni o da tərk edəcək
  • Dünən, 21:55
    Əməliyyatı uğurla keçdi
  • Dünən, 21:25
    Klubundan yeni təklif aldı
  • Dünən, 20:54
    Onun qiyməti şahə qalxdı
  • Dünən, 20:22
    PSJ-də Dembelenin rekordunu yenilədi
  • Dünən, 19:59
    “Komandamın cəsur futbol oynamasını istəyirəm” - “Böyük beşliy”in ilk qadın məşqçisi gələcəyə ümidlə baxır
  • Dünən, 19:36
    “Bavariya” treblə doğru daha bir addım atdı
  • Dünən, 19:05
    Roderik Miller "Qarabağ"a qarşı oynaya biləcəkmi? - rəsmi açıqlama
  • Dünən, 18:34
    Türkiyəli futbolçu İtaliya klubunda gözdən düşüb
  • Dünən, 18:03
    "Neftçi" - "Qarabağ" oyununu kim idarə edəcək?
  • Dünən, 17:46
    Sərgən Yalçın bu futbolçunu ''qara siyahı''ya saldı
  • Dünən, 17:15
    Tedesko İtaliya klubunun başına keçə bilər
  • Dünən, 16:44
    Azərbaycan derbisinə görə 20 min, cəmi 41900 manat – klublara cəza yağdı!
  • Dünən, 16:14
    Cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
  • Dünən, 16:00
    Daha bir gənc “Real”dan ayrılmaq istəyir
  • Dünən, 15:29
    "Ola bilsin, İliçin klubda belə azadlığı yoxdu..." - serb mütəxəssisin təhdidinə cavab
  • Dünən, 14:58
    AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyunda
  • Dünən, 14:27
    Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? - VİDEO
  • Dünən, 13:56
    "Sabah" Simiçlə Puxaç üçün 1 milyon avrodan artıq məbləğ ödəyəcək - klub rəsmisindən açıqlama
  • Dünən, 13:25
    ÇL-də hələ belə yarımfinal olmamışdı! - PSJ Münhenə 1 topluq üstünlüklə yollanacaq
  • Dünən, 12:54
    Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
  • Dünən, 12:33
    AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçildi
  • Dünən, 12:27
    Qara Qarayevin kitabının təqdimat mərasimi keçirildi
  • Dünən, 12:07
    AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
  • Dünən, 11:59
    Bizi "Böyük Dəbilqə"də kimlər təmsil edəcək? - SİYAHI
  • Dünən, 11:25
    “Sabah” “Abşeron Lions” ilə üz-üzə - final seriyası başlayır
  • Dünən, 11:18
    Premyer-liqada 60-cı qol
  • Dünən, 10:57
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Dünən, 10:36
    “Çox ümidli deyiləm” - Bəhlul Mustafazadənin atası mümkün transfer haqda
  • Dünən, 10:09
    Son 15 mövsümün rekordu
  • Dünən, 10:00
    Talişka qaçırdığı penalti haqda nə dedi? - ''Heç kimdən gizlənmirəm''
Daha çox
Oxunub: 294
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 244
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 169
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 143
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə