Millimiz Belarusa qalib gəldi

1.05.2026 12:58 20
Ölkə futbolu
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə millimiz ikinci yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda yenə Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.