“Qarabağ” ölkə çempionu adını qazanan “Sabah”ı təbrik edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
"Klubumuz cari mövsümün yekunlarına əsasən əldə olunan nəticə münasibətilə premyer-liqada qalib adını qazanan “Sabah”ı təbrik edir. “Sabah” kimi yeni komandaların formalaşması və ölkə çempionatında rəqabətli oyunların sayının artması Azərbaycan futbolunun ümumi inkişafına mühüm töhfə verir. “Qarabağ”ın prezidenti Tahir Gözel premyer-liqa çempionunu təbrik edib: “Sabah”ı ölkə çempionu olması münasibətilə təbrik edirəm. Komandaya Çempionlar Liqasının təsnifat mərhələlərində uğurlu nəticələr arzulayıram”.